Prezident: Çox aşağı rəqəmdir, 20 dəfə artırmalıyıq
Azərbaycan kimi ölkənin 3,5 milyon dollar məbləğində şərab ixrac etməsi çox aşağı rəqəmdir.
“Marja” xəbər verir ki, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyev deyib.
“Üzümçülük və şərabçılıqla bağlı tədbirlər nəzərdə tutulur. Biz, əlbəttə, indiki səviyyə ilə razılaşa bilmərik. Bu gün burada assosiasiyaların rəhbərləri çıxış etdilər. O assosiasiyaların bir çoxu bizim tövsiyəmizlə keçən il yaradılıb. Çünki biz gərək hər bir istiqamət üzrə mərkəzləşmiş siyasət aparaq. Şərabçılar Assosiasiyası çalışmalıdır ki, xarici bazarlara dövlətin dəstəyi ilə daha böyük həcmlə çıxaq. İndi burada rəqəm səsləndi, biz cəmi üç milyon yarım dollar dəyərində məhsul ixrac edirik. Əlbəttə, Azərbaycan kimi ölkə üçün bu, çox aşağı səviyyədir. Biz bunu 10 dəfə, bəlkə də 20 dəfə artırmalıyıq və buna imkan var. Çünki indi bizdə yeni üzüm bağları salınır, kifayət qədər üzüm emalı, şərab zavodlarımız var, onlar tam gücü ilə işləmir. Yəni, burada çox ciddi dövlət siyasəti aparılmalıdır. Üzümçülük, şərabçılıq çox gəlirli sahədir və biz artıq kontraktlar imzalamışıq. Dost, tərəfdaş ölkələrlə indi danışıqlar aparılır ki, onlar öz bazarlarında Azərbaycan şərabı üçün müəyyən bir yer ayırsınlar. Bu proses artıq keçən il başlayıb, bu il daha da geniş vüsət alacaq”,- dövlətimizin başçısı bildirib.
Qeyd edək ki, konfransda Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov çıxış edərək deyib ki, ötən il şərab ixracımız 3,5 milyon ABŞ dolları təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 17 saat əvvəl
-
18 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 20 saat əvvəl
-
21 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
21 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl