Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Dağıstan” yenidən Xəzərdə - iki avtomobil və bir vaqon göyərtəsi var

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Dağıstan” yenidən Xəzərdə - iki avtomobil və bir vaqon göyərtəsi var

“Gəmiçiliyə məxsus “Dağıstan” gəmi-bərəsinin modernləşdirilməsi yekunlaşıb.

 

“Azərbaycan Xəzər dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin yaydığı məlumata görə, uzunluğu 154.5 metr, eni 18.3 metr olan “Dağıstan” gəmisi 1984-cü ildə keçmiş Yuqoslaviyanın (indiki Xorvatiya) Pula şəhərində tikilib. Beş il əvvəl istismardan çıxarılan “Dağıstan” bərəsinin yenidən təmir və modernləşdirilməsi barədə qərar qəbul edilib. Öz dövrü üçün unikal gəmilərdən hesab edilən bərənin modernləşdirilməsi bir il müddətində tam olaraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mühəndis-texniki personalı tərəfindən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda reallaşdırılıb.  Vurğulayaq ki, Gəmiçilik tarixində ilk bu cür modernləşdirmə layihəsi də elə qurumun  adıçəkilən heyəti tərəfindən hazırlanmışdır.

 

Gəmi-bərənin bütün idarəetmə sistemləri modernləşdirilib. Əsas işlərdən biri isə bərənin maşın şöbəsində reallaşdırılıb.

 

“Dağıstan” bərəsinin istifadəetmə müddəti bitmiş iki köməkçi mühərriki   “Hyundai” markalı mühərriklərlə əvəzlənib. Yeni quraşdırılan və 1000 kilovat gücündə olan   mühərriklər əvvəlkilərlə müqayisədə daha qənaətcil, effektiv və  avadanlığa göstəriləcək xidməti asanlaşdırmaq baxımından  sərfəlidir.

 

Köməkçi mühərriklərlə yanaşı, gəminin əsas hərəkətverici qüvvəsi olan baş  mühərrikləri də yenilənib. Müqayisə üçün qeyd edək ki, gəminin əvvəlki baş mühərrikləri 122 ton çəkiyə malik idisə, yeniləri 31.9 tondur. Eyni zamanda həddindən artıq ağır çəkiyə və böyük ölçülərə malik köhnə mühərriklərdən fərqli olaraq yeniləri öz funksionallığı ilə seçilir.  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifariş etdiyi Finlandiyanın “Wartsila” şirkətinin istehsalı olan W32 model baş mühərrikləri dünya gəmiqayırma sahəsində lider brendlərdən hesab olunur.

 

Bu mühərriklər yanacağa qənaət etməklə yanaşı, atmosferə atılan zərərli maddələrin də miqdarını minimuma endirir. Yeni mühərriklər yanacaq sərfiyyatını 30 faizə qədər azaldır. Ən önəmlisi isə odur ki, bu mühərriklər “Atmosferin çirkləndirilməsinə qarşı” konvensiyanın tələblərinə uyğun sertifikata malikdir.

 

Yeni reduktorun quraşdırılması isə mühərriklərin işə salınmasını və hazırlanmasını asanlaşdırır, bununla da yanacaq sərfiyyatını xeyli azaltmağa imkan verir. Baş mühərrikin dövrləri sayını azaldır.

 

Həmçinin mühərrikin idarəetmə postu da tam olaraq müasirləşdirilib.  Burada texnikanın son nailiyyətlərinə uyğun olaraq yeni avadanlıqlar quraşdırılıb.

 

Gəminin qəza - generator şöbəsi də modernləşdirilib. Şöbədə bütün müasir gəmilərdə olduğu kimi, mövcud idarəetmə və nəzarət sistemi yaradılıb.

 

Maşın şöbəsində aparılan modernləşmə bununla bitmir. Burada mərkəzi idarəetmə postunun nəzarət sistemi yaradılıb. Mühərriklərin işinə nəzarət edəcək monitorlar quraşdırılıb. Buradan mühərriklərin işləməsinə nəzarət etmək mümkündür. Həmçinin köməkçi mühərriklərə nəzarət cihazları yenilənib. Artıq balast və quruducu sistemlərə nəzarət həddindən artıq ağır, yöndəmsiz və az funksional avadanlıqlarla deyil, sensor monitor-kompyuterlə həyata keçirilir.  Bir sözlə, modernləşmə zamanı “Dağıstan” gəmi-bərəsinin bütün idarəetmə sistemləri daha müasirləri ilə əvəz edilib.

 

Eyni zamanda gəminin yanacaq yandırma sistemləri əvəzlənməklə buxar qazanı müasirləşdirilib.  Bundan başqa, pərlərə nəzarət sistemi, köməkçi burun sükanı, radionaviqasiya və elektrik avadanlıqları, generatorları da bütün müasir texnoloji normalara cavab verən təzələri ilə əvəzlənib. Bərənin köməkçi -  yağ, su, balast sistemləri təmir olunub. Nəzarət kameralarının quraşdırılması bərədə baş verən bütün proseslərə kapitan körpüsündən və maşın şöbəsindən nəzarət etməyə imkan verir.   

 

Gəmi-bərənin gövdə hissəsi də əsaslı şəkildə təmir olunub. Bərənin  suüstü və sualtı hissələri qruntlanaraq, rənglənib.

 

Bərənin daxilində məişət otaqları, kayutlar, dəhlizlər, istirahət güşələri əsaslı şəkildə təmir olunub. Yeməkxana və mətbəx lazımi avadanlıqlarla təchiz edilib.

 

Qeyd edək ki, modernləşdirmə işlərinin yekununda “Dağıstan” gəmi-bərəsi dəniz sınağından uğurla keçmişdir.

 

Yükgötürmə qabiliyyəti 2425 ton olan “Dağıstan” bərəsinin iki avtomobil və bir vaqon göyərtəsi var ki, onlar da əsaslı şəkildə təmir olunub və rənglənib. İşıqlandırma sistemləri tamamilə dəyişdirilib. Elə burda da layihəsi Gəmiçiliyin texniki işçiləri tərəfindən hazırlanmış modernləşdirmə həyata keçirilib. Belə ki, gəminin sağ tərəfinin arxa hissəsində avtomobillərin göyərtəyə daxil olması üçün yeni rampa quraşdırılıb. Əvvəllər gəmiyə TIR və minik avtomobillərinin yüklənməsi əməliyyatı yalnız arxa (vaqonlar daxil olan) rampa vasitəsi ilə reallaşdırılırdı.

 

Modernləşdirilmiş “Dağıstan” gəmisi Xəzərdə yeganə bərə operatoru olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin bərə donanmasında özünəməxsus yer alıb. Gəminin artıq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə istismarına start verilib.

 

“Dağıstan” gəmi-bərəsi Azərbaycanın tranzit cəlbediciliyinin artırılması və regionun ən iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində aparılan dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayacaq. 

05.04.2018 10:33

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ