Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Köklük ilə mübarizə üçün "şəkər vergisi"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Köklük ilə mübarizə üçün "şəkər vergisi"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Böyük Britaniyada içkilərin tərkibindəki şəkər miqdarına görə içki istehsalçılarından vergi alınacaq.

"Marja" xəbər verir ki, qanunun tətbiqi 6 Aprel Cümə günü başlayacaq.
 
İngilis ictimaiyyətində "şəkər vergisi" adlandırılan qanun, 100 millilitr içkinin tərkibindəki şəkərin 5 qramı aşması halında, litr başına 18 pens vergi alınmasını nəzərdə tutur.
 
100 millilitr içkidə istifadə edilən şəkər miqdarının 8 qramı aşması halında isə litr başına 24 pens vergi alınacaq.

 
İngiltərədə "şəkər vergisi" qanunu 2016-ci ilin Mart ayında qəbul edilib, lakin istehsalçılara lazım olan dəyişikliyin aparılması üçün iki il möhlət verilmişdi. "Şəkər vergisi", içkilərdə şəkər miqdarının azaldılmasını, beləliklə, köklük və köklük ilə mübarizə aparılmasını hədəfləyir.

 
Qanun qüvvəyə minməzdən əvvəl İngiltərədəki bir çox içki istehsalçı məhsullarındakı şəkər miqdarını azaldıb.

 
Dünyanın ən məşhur içki istehsalçılarından biri olan Coca-Cola, İngiltərədə istehsal olunan iki məhsulunda istifadə etdiyi şəkər miqdarını azaldıb. Sprite-ın 100 millilitr şəkər miqdarı 6,9 qramdan 4,6 qrama, Fanta-nın 100 millilitr şəkər miqdarı da 6,6 qramdan 3,3 qrama endirilib.

 

Dünyanın bir çox ölkəsində Sprite və Fanat çox daha çox şəkər ehtiva edir. Sprite-ın 100 millilitri 10 qramadək, Fanta-nın 100 millilitr isə 11,5 qramadək şəkər ehtiva edə bilir.

 

Fransa, Belçika, İrlandiya, Portuqaliya, Estoniya, Norveç, Meksika və Cənubi Afrikada qeyri-sağlam qidalanma, köklük və diabet ilə mübarizə üçün şəkərli içkilərə əlavə vergi tətbiq edilməsi gündəmdədir. Almaniyada da oxşar bir "şəkər vergisi" tələb edilir. "Şəkər vergisi"nə qarşılıq, tərəvəz və meyvənin əlavə dəyər vergisindən azad olmasını təklif edilir.

05.04.2018 12:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ