Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan məşhur şəhərdə Ticarət Evi yaradır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan məşhur şəhərdə Ticarət Evi yaradır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan məhsullarının BƏƏ-də geniş təşviqi üçün Dubayda Ticarət Evinin yaradılması istiqamətində işlərə başlanılıb.      

 

Reklam_3_11

“Marja” xəbər verk ki, bunu iqtisadiyyat Şahin Mustafayev  bildirib.

 

İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Bakıda keçirilən Qoşulmama Hərəkatının Nazirlər Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə dövlət naziri Ənvər Qarqaş ilə görüşüb.

 

Nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı səfərlər iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu inkişafına əlverişli zəmin yaradır. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyi Bakıda açılıb, Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsi təyin edilib, ölkəmiz Dubaya ixrac missiyaları göndərib və keçirilən sərgilərdə vahid ölkə stendi ilə təmsil olunub. Azərbaycan-BƏƏ iqtisadi əlaqələrinin genişləndirilməsi üçün geniş potensialın olduğunu vurğulayan nazir Şahin Mustafayev investisiya qoyuluşu, sənaye, alternativ enerji, neft-qaz, əczaçılıq, nəqliyyat və tranzit yükdaşımaları sahələrində əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb. Vurğulanıb ki, BƏƏ Azərbaycanın tranzit potensialından, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə edə, BƏƏ iş adamları Ələt Azad Ticarət Zonasında və Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında investor qismində iştirak edə bilərlər. Ölkələrimiz arasında birbaşa aviareyslərin olması, BƏƏ vətəndaşlarına hava limanlarında vizanın verilməsi turizm sahəsində əlaqələrin inkişafında əhəmiyyətlidir. Bundan başqa, ölkəmiz Azərbaycanlı tələbələrin BƏƏ universitetlərində təqaüd proqramlarına qəbul edilməsi, tələbə mübadiləsi sahəsində də əməkdaşlıqda maraqlıdır. Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan məhsullarının BƏƏ-də geniş təşviqi üçün Dubayda Ticarət Evinin yaradılması istiqamətində işlərə başlanılıb.      

 

BƏƏ-nin Xarici İşlər üzrə dövlət naziri Ənvər Qarqaş ölkəmizə səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin BƏƏ nümayəndə heyətini qəbulundan və aparılan müzakirələrdən məmnunluğunu vurğulayıb.

 

Bildirilib ki, Azərbaycan-BƏƏ əlaqələrinin daha da inkişafı üçün ölkələrimizin qarşılıqlı istəyi və müvafiq potensialı var. Diqqətə çatdırılıb ki, viza rejiminin sadələşdirilməsi sahəsində görülən işlər BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olub. Ölkəsinin yükdaşımalar, turizm, təhsil, neft-qaz və s. sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Nazir Ənvər Qarqaş həmçinin, BƏƏ-yə ixrac missiyalarının təşkilinin Azərbaycanın kənd təsərrüfatı və sənaye məhsullarının ölkəsində tanıdılmasında əhəmiyyətini vurğulayıb.  

05.04.2018 13:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ