Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Mitsubishi-dən yeni flaqman – PAJERO SPORT ARTIQ SATIŞDA!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mitsubishi-dən yeni flaqman – PAJERO SPORT ARTIQ SATIŞDA!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mitsubishi-nin Azərbaycandakı rəsmi dileri Mitsubishi Avtomobil Mərkəzindən yeni model xəbəri gəldi: Mitsubishi Pajero Sport artıq satışdadır. Bu avtomobil Mitsubishi model sırasının ən yeni flaqmanıdır. Əfsanəvi Pajero daha da güclənərək Sport versiyada qarşımıza çıxır.

 

Dinamic Shield üslubunda yığılmış Pajero Sport dəbli və müasir görünür. Uzunmüddətli diod işıq texnologiyalarına malik faralar, alüminium detallar, 18 düymlük yüngüllehimli disklər eksteryerin diqqətçəkən cəhətləridir. Lakin bu avtomobilin korpusu təkcə gözə xitab etmir, o, əsl SUV kimi istənilən istismar şəraitində dözümlülük nümayiş etdirməyə imkan verən möhkəm polad lonjeron çərçivə üzərində qurulub.

 

Pajero Sport interyeri ilə həm sürücüyə, həm sərinişinlərə premium komfort təklif edir. Geniş salonun alətlər paneli, nəfis dizaynlı sayğaclardan döşəmə konsolunadək hər şey ən rahat şəkildə yerləşdirilib. İntellektual dəstəyə gəldikdə isə salon arxa görüntü kamerasını əks etdirə bilən və audosistem idarəsini asanlaşdıran  6.1 düymlük sensor ekranla təchiz olunub (2DIN AM/FM CD audio displey) . Funksional Mitsubishi multimedia sistemi mobil qurğuların Bluetooth və USB vasitəsilə qoşulmasına və Hands Free sistemi ilə hərəkət zamanı telefonla təhlükəsiz şəkildə danışmağa imkan verir.

 

7 yerli avtomobilin yeni hazırlanmış oturacaqları yüksək keyfiyyətli örtük materialları və strukturu sayəsində daha yumşaq olub, uzun səfərlər üçün əlverişlidir. Arxa oturacaqların sadə qatlanma mexanizmi sayəsində tutumlu yük yeri əldə etmək mümkündür.  

 

Pajero Sport-un güclü tərəflərindən biri də modernizə edilmiş 3.0 V6 (215 at/g) benzin mühərrikidir. Klassik 8-sürətli Aisin avtomat qutu idarəetməni digər tərəfdən dəstəkləyərək əsl SUV performansını təmin edir. Bununla yanaşı avtomobil geniş salona və iri həcmli yük yerinə baxmayaraq cəmi 5.6 metrlik dönmə radiusu ilə əla manevr qabiliyyətinə malikdir. Keçilməz yolların öhdəsindən isə Mitsubishi avtomobillərinin ən əsas və məşhur özəlliyi – Super Select II transmissiyası gəlir. Yeni Pajero Sport-da təhlükəsizlik OFF ROAD, HDC enişə nəzarət sistemi, HSA yoxuşa dəstək sistemi kimi xüsusiyyətlərə etibar edilib.

 

Avtomobillə daha ətraflı tanışlıq üçün rəsmi diler Mitsubishi Avtomobil Mərkəzinə müraciət edə bilərsiniz.

Ünvan: Bakı-Sumqayıt şossesi, 6-cı km

Tel: (012) 349 00 06

http://mitsubishi-cars.az/auto/pajero-sport

 

09.04.2018 09:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ