Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Biri 100 milyard dollar, digəri bir neçə dollar qazanır - Youtube kapitalizmi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Biri 100 milyard dollar, digəri bir neçə dollar qazanır - Youtube kapitalizmi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Onlayn video platforması Youtube-un arxasındakı Google, reklamdan ildə təxminən 100 milyard dollar qazanır. Çəkib yüklədiyi videosu on min dəfələrlə izlənsə belə, videonu yükləyənlər sadəcə bir neçə dollar qazana bilirlər.


 

Reklam_3_11

Dünyanın ən böyük onlayn video platforması Youtube-ın ABŞ-dakı ofisinə təşkil etdiyi silahlı hücumda intihar edən azərbaycanlı Nasim Aghdam, Google-ın onlayn reklam "piroqundan" pay almağa çalışan "Youtuberlərin" qarşı-qarşıya qaldığı qaranlıq bir üzü nümayiş etdirdi. 

 

"Marja" xəbər verir ki, dünya miqyasında 1 milyarddan artıq istifadəçisi olan Youtube, Google-ın 2017-də 110 milyard dolları aşan gəlirlərində də əhəmiyyətli bir paya malikdir.

 

Google-ın bu onlayn video izləmə platforması yalnız reklam verənlərin deyil, bu platformaya video yükləyən məzmun istehsalçılarının da əhəmiyyətli bir gəlir qapısıdır. 

 

İş hər nə qədər "Pişik videosu çək, Youtube-a yüklə və pul qazan" kimi sadə şəkildə dəyərləndirilsə də, əslində bu platforma vasitəsilə mütəmadi gəlir əldə etmək üçün Google və Youtube-un tez-tez dəyişən axtarış nəticələri və təklif olunan videoları necə göstərdiyini müəyyən edən alqoritmlərini təhlil etmək lazımdır.

 

100 min dəfə izlənən bir videonun, bu videonu yükləyənə qazandıracağı məbləğ 100-dən çox meyara görə dəyişir. Üstəlik, Youtube üzərindən əldə ediləcək gəlir, kanalın yerləşdiyi ölkə və dilə görə də dəyişir. Məsələn, 1000 dəfə göstərməyə görə gəlir, ABŞ-da orta hesabla 5-6 dollara çatarkən, aparılan təhlillərə əsasən inkişaf etməkdə olan ölkələrdə isə bu məbləğ təxminən 1 dollar təşkil edir. Vəziyyət belə olunca da çox "Youtuber" də məyus olur.

 

Bu dramın ən son nümunəsi olan Nasim Aghdam da internet saytında Youtube-ın gəlir paylama siyasətlərini, "300 min dəfə göstərmənin gəliri 0.10 dollar?" sözləri ilə tənqid etmişdi.

 

Youtube-un baş qərargahına hücum təşkil edən Nasim Aghdam, "kanalındakı videoların filtirlənməsinə" görə gəlirinin və populyarlığının azaldığını bildirmişdir. O videolarında buna görə Youtube-ı günahlandırıb.

 

Aghdamın veb saytında yer alan videolarında, Youtube istifadəçilərinin reklam gəlirlərindən bəhrələnməsini təmin edən sistemi 20 Fevralda dəyişdirməsi və mindən az davamçısı olan kanallardan reklam ödəmələrini dayandırması tənqid edilir. 

05.04.2018 15:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ