Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Əlavə vergilər BMW və Mercedes-i pis vuracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əlavə vergilər BMW və Mercedes-i pis vuracaq

Çinin ABŞ-dan idxal avtomobillərə tətbiq etməyi düşündüyü əlavə 25%-lik gömrük vergisi, gözlənilənin əksinə ABŞ istehsalçılarını deyil, Almaniya nəhəngləri Mercedes və BMW-ni vuracaq. Hər iki şirkət ildə 100 min ədəd avtomobili ABŞ-dan Çinə ixrac edərkən, ümumi ixracın 7 milyard dollar olduğu ehtimal edilir.


 

Reklam_3_11

"Marja" xəbər verir ki, araşdırma şirkəti "Evercore İSİ"ın analitiki Arndt Ellinghorst tərəfindən nəşr olunan bir hesabat, Çinin ABŞ-da istehsal olunan avtomobillərə tətbiq edəcəyi əlavə vergilərin məhz Alman şirkətləri vuracağını ortaya çıxarıb.
 

Hesabatda, "Bunlar əsasən ABŞ-ın cənubunda istehsal edilən və  birbaşa Çinə ixrac edilən Alman avtomobilləridir, xüsusilə də Mercedes və BMW SUV-lərə təsir edəcək bir vergidir" deyilir.
 

Çinin tətbiq edəcəyi vergilərin ABŞ istehsalçıları arasında ən çox Tesla-nı vurması gözlənərkən, digər istehsalçılar zavodlarını Çinə köçürə bildikləri üçün bu vəziyyətdən mənfi təsirlənməyəcəklər.
 

İLDƏ 100 MİN ƏDƏD AVTOMOBİL
 

Almaniyanın Volkswagen şirkəti Çində satdığı avtomobillərin hamısına yaxınını Çində istehsal edir.
 

BMW-nin Cənubi Karolina, Mercedesin isə Alabamada zavodları mövcuddur. İki şirkət birlikdə ildə 100 min ədəd ixrac edərkən, ABŞ-dakı zavodlarından həyata keçirilən ixracın həcminin 7 milyard dollar səviyyəsində olduğu ehtimal edilir.
 

Ellinghorst,  "Bu vəziyyət ticarət müharibəsinin təxmin edilməyən nəticələri üçün çox əhəmiyyətli bir nümunədir" deyib. O, avtomobil sənayesinin illər ərzində inkişaf edən və böyüyən bir sektor olduğunu, məhdudiyyətlərin ciddi mənfi təsirlərinin ola biləcəyini qeyd edib.

05.04.2018 15:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ