Ən yuxarı statik reklam-3_3

1 ay 800-dən çox mağazada sərfəli alış-veriş imkanı təqdim ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
1 ay 800-dən çox mağazada sərfəli alış-veriş imkanı təqdim ediləcək

Növbəti Festival bu ilin 1-31 May tarixlərində keçiriləcək və alıcılara 800-dən çox mağazada sərfəli alış-veriş imkanı təqdim ediləcək.

 

Reklam_3_11

Bu barədə “Marja”ya Azərbaycan Konqreslər Bürosundan bildirilib.

 

Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər dövlət qurumlarının dəstəyi ilə Konqreslər Bürosu 2017-ci il aprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq, Bakı Şopinq Festivalını keçirib. Bu layihəni ötən ilin payızında da (15 oktyabr-15 noyabr) uğurla təkrarlayıb. Hər iki festival şəhərimizin qonaqları, yerli alıcılar və ticarət sektorunun iştirakçıları tərəfindən çox böyük maraq və məmnuniyyətlə qarşılanıb.

Azərbaycan Konqreslər Bürosu, Bakı Ekspo Mərkəzində 5-7 aprel tarixlərində keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində  iştirak edir.

Azərbaycan Konqreslər Bürosunun nümayəndələri sərgi zamanı qonaqlara və iştirakçılara Azərbaycanın MICE - Toplantı, Təşviqat, Konfrans və Sərgi potensialı və bu ilin 1-31 may tarixlərində keçiriləcək növbəti Bakı Şopinq Festivalı barədə ətraflı məlumat verəcəklər. MICE turizmi sahəsində əməkdaşlıq etmək istəyən  şirkət nümayəndələri və Bakı Şopinq Festivalına qoşulmaq istəyən biznes sahibləri Bakı Ekspo Mərkəzində Azərbaycan Konqreslər Bürosunun stendinə yaxınlaşa bilərlər.

 

Büro “AITF-2018” sərgisi üçün xüsusi olaraq Azərbaycanın MICE potensialının artırılması məqsədilə ingilis dilində “Azerbaijan Planner’s Guide” kataloqunu hazırlayıb. Burada Bakı və Azərbaycanın bütün bölgələrinin  işgüzar turizm sahəsində yaratdığı imkanlar barədə geniş məlumatlar verilir. Kataloqla http://azcb.com/azerbaijan-meeting-planner-s-guide  keçidi vasitəsilə tanış  ola bilərsiniz.

05.04.2018 15:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ