Bakı Media Mərkəzi dünya şəhərlərindən bəhs edən səyahət verilişi hazırlayır

Bakı Media Mərkəzi dünyanın ən məşhur şəhərlərindən bəhs edən səyahət verilişinin çəkilişlərinə başlayıb.

 

Mərkəzin yaydığı məlumata görə, həm əyləncəli, həm də maarifləndirici olan bu verilişin məqsədi dünya şəhərlərini seyr edib, onların görsənən və görsənməyən tərəflərini Azərbaycan tamaşaçısına təqdim etməkdir. Tamaşaçılara artıq tanış olan - “Oralar" adı altında efirə gedəcək veriliş hər  bazar ATV kanalında saat 12:00-da yayımlanacaq.

 

 Layihəyə peşəkar komanda cəlb olunub və çəkilişlər ən müasir avadanlıqla aparılır.

 

Oralar"ın yenilənmiş formatına görə, verilişin üç aparıcısı olacaq və onlar getdikləri şəhərlərə üç fərqli bucaqdan baxacaqlar.

 

Populyar bloqer Turanə Hüseynlini qlamur həyat, dəbli butiklər, gənclərin əyləncə məkanları maraqlandırır, teleaparıcı Azər Qərib şəhərlərin lyuks həyatını, məşhur abidələrini, muzeyləri və turistik məkanlarını göstərir, tanınmış idman jurnalisti Rüstəm Əfsərli isə turistlərin görmədikləri, bilmədikləri yerlərdə olacaq, büdcəli səyyah həyatı sürərək sadə insanların yaşayışını tamaşaçılara göstərəcək.

 

“Oralar”ın ilk buraxılışı Xorvatiyanın paytaxtı Zaqreb şəhəri barədədir və veriliş 8 aprel - bazar günü saat 12:00-da ATV kanalında yayımlanacaq. Tamaşaçılar verilişi, həmçinin  “Oralar”ın Facebook səhifəsində və Youtube kanalında da izləyə biləcəklər.

 

Qeyd edək ki,Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəz haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, Facebook,  Youtube,  LinkedIn, İnstagram  və Twitter    sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.

 

5 Aprel 2018 , 22:04   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin