Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neft qiymətləri Trampın göstərişi ilə düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətləri Trampın göstərişi ilə düşdü


Neft qiymətləri, ABŞ Prezidenti Donald Trampın Çindən idxala yeni gömrük vergiləri tətbiq edilməsi üçün göstəriş verməsinin ardından düşməyə başlayıb.
 

"Marja" xəbər verir ki, neft Nyu-Yorkda 1.1 faizə qədər düşüb və həftəlik ucuzlaşması 2.7%-ə çatıb.

Reklam_3_11

 

Tramp, ABŞ Ticarət Nümayəndəsinə Çindən əlavə 100 milyard dollarlıq idxala gömrük vergisi tətbiq olunmasını araşdırmaq tapşırığı verib. Bu addım, ABŞ və Çindən rəsmilərin müzakirə məsələsində istəkli olduqlarını göstərmələrindən bir gün sonra atılıb. 

 

ABŞ-da Çərşənbə günü açıqlanan göstəricilər, xam neft ehtiyatlarının Yanvar ayından bu yana ən sürətli azalmanı qeyd etdiyi və neft ixracının rekord səviyyələrə qalxdığını göstərmişdi. ABŞ-da bazaarda neft htiyatlarının artması ixracın artması ilə əlaqədardır.
 

Neft qiymətləri, dünyanın ən böyük iki iqtisadiyyatı ABŞ və Çin arasında ticarət müharibəsinin "iqtisadi artıma mənfi təsir göstərəcəyi" xofu ilə Yanvar ayında gördüyü zirvələrə çatmaqda çətinlik çəkir.

 

Çin, ABŞ-dan idxal etdiyi soya lobyası kimi siyasətdə həssas kənd təsərrüfatı məhsullarına gömrük vergisi tətbiq edəcəyini açıqlayıb. Həmçinin siyahıya neft-kimya məhsullarını və propanı da əlavə edərək enerjini də bir cavab tədbirləri vasitəsi kimi istifadə etmək istədiyinə işarə edib.
 

Qərbi Texas nefti (WTI) 72 sent düşərək bareli 62.82 dolları, Brent nefti 53 sent və ya 0.8 faiz düşərək  67.80 dolları görüb.

06.04.2018 06:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ