Dollara təsir edəcək kritik məlumatlar açıqlanacaq
Bu gün Dollara təsir edə biləcək mühüm məlumatlar açıqlanacaqdır. Qlobal bazarlar ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq məlumatına fokuslanıb.
"Marja" xəbər verir ki, ABŞ-da məşğulluğun artması, FED-in faiz artırması üçün mühüm əhəmiyyət daşıyır.
Mart ayına dair kənd təsərrüfatı xaric məşğulluq məlumatı Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır.
ABŞ-da Martda məşğulluğun 193 min artacağı gözlənilir. Fevralda məşğulluq 313 min nəfər artmışdı.
ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN
Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin Martda 4,0%-ə düşəcəyi proqnozlaşdırılır. Fevralda işsizlik 4,1% təşkil etmişdi.
Həmçinin ABŞ-da maaşların illik və aylıq saatlıq artım nisbətləri də açıqlanacaqdır. Saatlıq maaşın orta hesabla ayıq 0,3% artacağı gözlənilir. Fevralda artım 0,1% olmuşdu.
Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
ABŞ Mərkəzi Bankı Fed-in bu il faizləri 3 və ya 4 dəfə artıracağı gözlənilir. Artıq Mart toplantısında faizlər artırılıb. Borclanma faizləri yüksələcəyindən dövriyyəyə dolların daxil olması sürəti aşağı düşəcəkdir və bunun da dolların daha da güclənməsinə səbəb olacağı gözlənilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
43 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 46 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















