Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yığışın kəndə köçün, böyük əkinlər başlayır - 2200 manat xalis gəlir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yığışın kəndə köçün, böyük əkinlər başlayır - 2200 manat xalis gəlir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şəkər çuğundurunun əkilməsi, becərilməsi və şəkərin şəkər çuğundurundan istehsalı proqramı hazırdır.

 

“Marja” xəbər verir ki, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyev deyib.

 

“Şəkər və şəkərdən hazırlanan məhsullar – özümüzü təminetmə əmsalı 115 faizdir. Ancaq bunun tərkibində 73 faiz xarici xammal var. Artıq göstəriş verilib, xarici xammalın həcminin aşağı salınması üçün yeni proqram hazırlanıbdır. Mən bu barədə deyəcəyəm. Şəkər çuğundurunun əkilməsi, becərilməsi və şəkərin şəkər çuğundurundan istehsalı proqramı hazırdır.

 

Şəkər çuğunduru ilə bağlı mən qeyd etdim, bizdə artıq təhlillər aparılıb və təqribən 30-40 min hektarda şəkər çuğunduru əkilməsi müəyyənləşdirilib. Orada istehsal olunacaq məhsul şəkər emalı zavoduna göndəriləcək və bu müəssisə xarici xammaldan - şəkər qamışından asılılığı böyük dərəcədə azaldacaq. Beləliklə, valyuta xaricə getməyəcək, - çünki şəkər qamışının alınmasına böyük vəsait gedir, - əlbəttə ki, bunun kənd təsərrüfatının inkişafına çox böyük xeyri olacaq”,- dövlətimizin başçısı bildirib.

 

Xatırladaq ki, “Azərsun Holdinq”  bəyan edib ki, şəkər çuğunduru əkinçisi 1 hektar çuğundur əkinindən xalis 1000-2200 manat civarında xalis gəlir əldə edə bilir. Holdinqin Şəkər Zavodu tərəfindən texnikalar, gübrələr verilir, məhsulun yığılması və daşınması həyata keçirilir. Üstəlik əkinlər sığortalanır.

31.01.2017 06:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ