Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Ticarət müharibəsi dünya iqtisadiyyatı üçün ən böyük təhdiddir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ticarət müharibəsi dünya iqtisadiyyatı üçün ən böyük təhdiddir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın qlobal maliyyə holdinqi "JP Morgan Chase"in sədri Jacob Frenkel bir forumda ticarət müharibəsinə dair narahatlıqlarını dilə gətirib.
 

"Marja" xəbər verir ki, hələ də tam bir ticarət müharibəsi olmadığını bildirən Frenkel "1931-ci ildə yaşananları xatırlamalıyıq. Amerikada məşğulluğun qorunmaq istənilməsi Böyük Böhrana səbəb olan katalizatorlardan biri oldu. Bir-birlərindən bu qədər asılı, inteqrasiya olmuş bir dünyada kimsə bir-birinə zərər verə bilməz. Bu vəziyyət dünya iqtisadiyyatı üçün ən böyük təhdiddir" deyib.

 
ABŞ Prezidenti Trampın Mart ayının əvvəllərində Çindən də idxal edilən polad və alümünyuma Mart ayında əlavə gömrük vergisi tətbiq etməsi 2 ölkə arasında gərginliyə təkan vermişdir. Sonra ABŞ Çindən idxal olunan 50 milyard dollarlıq məhsullara əlavə gömrük vergisi tətbiq ediləcəyini açıqlayıb.
 

Çin də son olaraq dünən 106 ABŞ məhsuluna 25 faiz vergi təbiq edəcəyini açıqlayıb. Tramp buna qarşılıq olaraq Çindən daha 100 milyard dollarlıq idxala vergi tətbiq olunmasının aşdırılmasını tapşırıb. 

06.04.2018 09:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ