SWIFT: Müştərilərimiz olan banklara güclü haker hücumu olacaq

SWIFT ödəniş sistemi müştərisi olan banklara gözlənilən haker hücumları ilə bağlı xəbərdarlıq edib. "Reuters" xəbər verir ki, bu barədə sistemin yaydığı müvafiq sənəddə deyilir.

 

"Təhlükə dayanıqlı xarakter daşıyır və tədricən daha da çətinləşir", - deyə sənəddə bildirilir.
 

SWIFT-in məlumatlarına əsasən, hakerlər bank sistemlərinin sındırılması metodlarını təkmilləşdirib:  "Yeni taktikalardan biri banklarda istifadə olunan kompüterlərə çıxış əldə etməyə imkan verən proqram təminatının istifadəsidir. Təəssüf ki, biz müştərilərimizin sistemlərinin sındırılması halları ilə rastlaşırıq".

 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında isə deyilir ki, kiberhücumlar Ukraynanın "BlazingFast" şirkətinin Niderland Krallığında yerləşən serverlərindən həyata keçirilir.

 

Ehtimal olunur ki, hakerlər DDoS tipli hücumlardan istifadə edərək iri bankların serverlərinin fəaliyyətini iflic edəcək.

 

13 Dekabr 2016 , 11:59   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin