Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Fotosu çəkiləcək və sürücülər cərimə ediləcək - CİHAZ PAYLANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fotosu çəkiləcək və sürücülər cərimə ediləcək - CİHAZ PAYLANDI

Bakıda avtomobillərin müvəqqəti saxlama dayanacaqlarında nəzarət gücləndirilib.

 

Reklam_3_11

Əldə edilən məlumata görə, bu məqsədlə dayanacaqlarda nəzarətçilərə yeni cihazlar verilib. Bu cihaz vasitəsi ilə dayanacaqda quraşdırılmış parkomatlarda ödəniş etməyən sürücülərin avtomobillərinin fotosu çəkiləcək və sürücülər cərimə ediləcək.

 

Avtomobillərin müvəqqəti saxlama dayanacaqlarından birinin adını çəkilməsini istəməyən nəzarətçisinin verdiyi məlumata görə, yeni aparat onlara bu gün paylanılıb və bir ay müddətində sınaqdan keçiriləcək: 

 

SƏRFƏLİ FAİZ İLƏ LOMBARD KREDİTİ

 

"Bu aparatla parkomatlarda ödəniş etməyən sürücülərin avtomobillərinin şəkli çəkilir, şəkil avtomatik Dövlət Yol Polisinin bazasına göndərilir. Həmin bazada isə sürücülər üçün dayanma-durma qaydalarını pozduğuna görə elektron protokol tərtib edilir”.

 

Nəzarətçi həmçinin bildirib ki, yeni cihazların verilməsi öndənişə də təsir edib:

 

“Əvvəllər şəhərin müxtəlif küçə və prospektlərində quraşdırlan dayanacaqlara yaxın ərazilərdə çalışan və ya yaşayan şəxslər avtomobillərini dayanacaqda saxlamaq üçün bir gün ərzində 1 manat ödəniş edirdilər. Çünki, səhər saat 9-dan axşam saat 18-ə qədər avtomobilini dayanacaqda saxlayan sürücü hər saat üçün 0.50 Azn ödəniş etsə, gərək gün ərzində dayanacaqda 4-5 manat pul xərcləsin. Ona görə də dayanacaqlara yaxın ərazilərdə yaşayan və işləyən sürücülərə güzəşt olunurdu. İndi isə deyiblər ki, artıq güzəşt olmayacaq. Hər kəs bir saat üçün 50 qəpik ödəniş etməlidir. Ödəniş etməyən sürücülərin avtomobillərinin şəkilləri çəkiləcək və sürcülər cərimələnəcək”.

 

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yeni aparatlar barədə məlumatı yoxdur:

 

“Mən bilmirəm söhbət hansı aparatlardan gedir. Ümumiyyətlə əgər belə bir apartalar olsa da sürücülər barədə elektron protokol tərtib edə bilməz. Sürücü ödəniş etmirsə onu hansı maddə ilə cərimə etmək olar!?”

 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayev  bildirdi ki, müvəqqəti saxlama dayanacaqları qurumun tabeliyinə yeni verildiyi üçün məsələdən xəbərsizdir: “Mənim yeni aparatlar barədə məlumatım yoxdur”.

 

12 AY FAİZSİZ MEBEL KREDİTİ

 

© Report

06.04.2018 11:18

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ