Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kritik məlumat açıqlandı - proqnozdan aşağı artdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kritik məlumat açıqlandı - proqnozdan aşağı artdı

ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq Martda proqnozdan aşağı artıb.
 
 
"Marja" xəbər verirk ki, ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq Martda 103 min artıb, işsizlik 4.1%-də qalıb. 

 

Beləliklə, işsizlik 2000-ci ildən bəri ən aşağı səviyyədə qalıb.

 

Martda məşğulluğun 193 min artacağı, işsizliyin isə 4%-ə düşəcəyi gözlənilirdi. 


Fevral ayı kənd təsərrüfatı xaric məşğulluq göstəricisi 331 mindən 326 minə dəyişdirilib.
 

Məşğulluq bazarında dayanaqlı artımın Fed-in daha çox faiz artımasına təkan verəcəyi qeyd olunur. Fed faiz artırmaq üçün məşğulluq nisbəti və inflyasiya siqnalları verən maaş artımlarını yaxından izləyir.

 

Martda saatlıq əməkhaqqı aylıq müqayisədə 0,3%, illik müqayisədə isə 2,7% artıb. Proqnozlar da müvafiq olaraq 0,3% və 2,7% idi.

 

Məşğulluq aşağı artsa da maaşların artması qənaətbəxşdir. Maaşı artan insanlar daha çox xərcləyəcək və inflyasiya yüksələcəkdir.

 

ABŞ-da məşğulluğun artması, FED-in faiz artırması üçün mühüm əhəmiyyət daşıyır. ABŞ Mərkəzi Bankı Fed-in bu il faizləri  3 və ya 4 dəfə  artıracağı gözlənilir. Artıq Mart toplantısında faizlər artırılıb.

 

Məlumatın açıqlanmasından sonra Dolların mühüm valyutalar qarşısında qiyməti çox dəyişməyib.

 


Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir. 

 

06.04.2018 14:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ