Mobil manşet üstü reklam-3_21

Trampın iqtisadi müşaviri: Problem Çin, həll Tramp

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampın iqtisadi müşaviri: Problem Çin, həll Tramp
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Trampın Baş iqtisadi müşaviri Larry Kudlow Çin ilə ticarət gərginliyinə dair danışıb.
 

Kudlow "Bloomberg International"a verdiyi müsahibədə "Problem Çin, həll Trump.Trump, Çinin on illərdir davam edən və ədalətli olmayan ticarət addımlarına qarşı çıxan ilk ABŞ Prezidentidir", - deyib.
 

Reklam_3_11

Kudlow Çinlə danışıqların hələlik başlamadığını, ancaq bir neçə ay ərzində başlaya biləcəyini söyləyib. 

 

"Çinin şikayətlərimizə olan cavabları qənaətbəxş deyil" - deyən Kudlow, Çinə, əlavə vergilərdən azad olması üçün atması gərəkən addımlara dair siyahı verəcəklərini deyib.
 

Trampın addımlarının "mülayim və mütənasib" olduğunu bildirən Kudlow bunun bir ticarət müharibəsi olmadığını ifadə edib.

06.04.2018 19:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ