Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakıdan Bolqarıstanın dəniz kurortlarından birinə aviareys açıla bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıdan Bolqarıstanın dəniz kurortlarından birinə aviareys açıla bilər

Bolqarıstan Bakıdan özünün kurort mərkəzlərindən birinə birbaşa reyslərin açılması imkanını alqışlayır.

 

Reklam_3_11

Bunu müsahibəsində Bolqarıstanın turizm naziri Nikolina Angelkova bildirib.

 

Nazir bildirib: "Azərbaycan tərəfi Bakıdan bizim dəniz kurortlarımızdan birinə birbaşa reyslərin açılması imkanının öyrənilməsinə maraq göstərib."

 

Bolqarıstan rəsmisi qeyd edib ki, Sofiya ilə Bakı arasında birbaşa reyslər artıq bu ilin yanvar ayından işə başlayıb. Onun sözlərinə görə, bu, qarşılıqlı turist axınına müsbət təsir göstərəcək.

 

N.Angelkova bildirib ki, Bolqarıstan kimi Azərbaycan da turizm üçün çox maraqlı və çoxçeşidli imkanlar təklif edir: "Yeni aviareys xalqlarımızın həyat tərzi və mədəniyyətləri ilə tanış olmaq üçün yaxşı imkanlar açaçaq, eləcə də, iki ölkə sahibkarları arasında daha intensiv əlaqələr yaratmağa kömək edəcək. Bu, eləcə də turizm sahəsində də dinamik iqtisadi münasibətlər yaradacaq. Mən əminəm ki, bu şəkildə biz turizmin tarixi, sağlamlıq, festival, şərab və bir çox növlərinin inkişafı üzrə əməkdaşlığı dərinşlərdirəcəyik."

 

Nazir həmçinin Bakı ilə Bolqarıstanın başqa şəhərləri arasında birbaşa reyslərin açılması imkanını qeyd edib. İki ölkə arasında viza rejiminin sadələşdirilməsi imkanına toxunan nazir bildirib ki, Bolqarıstan digər ölkələrə qarşı birtərəfli viza qaydaları tətbiq etmir, bu məsələ ilə bağlı Aİ siyasətinə riayət edir.

 

Daha sonra nazir bildirib: "Hesab edirəm ki, bizim ölkələrimiz turizm, eləcə də iqtisadiyyatın bir çox sahələri üzrə əməkdaşlığı inkişaf etdirməlidir."

 

© Trend

07.04.2018 07:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ