Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Bazardakı payını itirməmək üçün neft təklifini artıra bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bazardakı payını itirməmək üçün neft təklifini artıra bilər"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

OPEC+ bazardakı payını itirməmək və Vyana razılaşmaları çərçivəsindən çıxmamaq üçün yayda keçiriləcək görüşlərdən sonra neft təklifini bir qədər artıra bilər. Bunu “Credit Suisse” agentliyinin investisiya strategiyası və araşdırmalar departamentinin rəhbəri Nannett Hehler-Feyderb bildirib.

 

Reklam_3_11

Tankerlərin yerdəyişməsini izləyən “Petro-Logistics SA” konsaltinq şirkəti daha əvvəl məlumat verib ki, OPEC+ sazişi imzalanandan etibarən OPEC-in 14 ölkəsinin təklif həcmi birinci rübün yekunlarına əsasən minimum göstəriciyə çatıb. Rusiya Energetika Nazirliyinin başçısı Aleksandr Novak da deyib ki, saziş ölkələri razılaşmaların müddətinin uzadılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edərkən ABŞ-ın neft hasilatını nəzərə alacaqlar.

 

N.Hehler-Feyderb deyib: “Hazırda ölkələr müəyyən səviyyəni saxlamaq barədə razılaşıblar və intizam sadəcə göz qabağındadır... Bununla belə, bu ölkələr bazardakı payını itirmək riski altındadırlar. Düşünürəm ki, OPEC-in yayın əvvəlində keçiriləcək görüşləri əhəmiyyətli olacaq, çünki bazarda təklifin necə olacağını bu görüşlər müəyyənləşdirəcək. Zənnimcə, OPEC bazardakı payının çox əhəmiyyətli hissəsini itirməmək üçün təklifə nəzarət etməyə çalışacaq və bütün iştirakçılar da bununla razılaşacaqlar”.

 

Departamentin rəhbəri bildirib ki, hazırda dünyada neftə tələbat yüksəkdir. Buna görə də çox ehtimal ki, təklif tələbatın ardınca gələcək. N.Hehler-Feyderbin fikrincə, OPEC ölkələri öz strategiyasına sadiq qalacaqlar. Hər şey cədvəl çərçivəsində olacaq.

 

Qeyd edək ki, OPEC neftin qiymətlərinin sabitləşdirilməsi məqsədi ilə 2016-cı il noyabrın 30-da Vyanada gündəlik neft hasilatının oktyabr səviyyəsindən 1,2 milyon barrel azaldılması barədə saziş imzalayıb. Həmin il dekabrın 10-da isə OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə gündəlik ümumi hasilatın 558 min barrel, o cümlədən Azərbaycan 35 min barrel azaldılması barədə sazişə imza atıb. Neft hasilatının azaldılmasına dair sazişin müddəti 2018-ci ilin axırınadək uzadılıb. Azərbaycan ötən il və bu ilin ilk iki ayı ərzində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib.

 

© Azərtac

09.04.2018 05:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ