“METAK” növbəti dəfə istiqraz buraxır

Azərbaycanın boru istehsalçısı “METAK” MMC dövriyyəyə 3 milyon manatlıq istiqraz buraxmağa hazırlaşır.

 

Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 3 min ədəd istiqrazdan gedir.

 

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası”nda yerləşdiriləcək.

 

Yerləşdirmənin anderrayterinin “Unicapital” investisiya şirkəti olacağı gözlənilir.

 

Qeyd edək ki, "METAK" ötən ilin sonunda 2000 ədəd, hər birinin nominal dəyəri 1 000 AZN olan istiqraz emissiya etmişdi. İstiqrazlar üzrə illik gəlirlilik 14% təşkil etmişdi.

 

© Renkinq

9 Aprel 2018 , 10:14   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin