Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan holdinqi Türkiyədə xəbər kanalı açır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan holdinqi Türkiyədə xəbər kanalı açır

Azərbaycanın iri media holdinqi kimi təqdim edilən “Global Media” Türkiyədə xəbər telekanalı açır.

 

Türkiyə telekanalları xəbər verir ki, şirkət İstanbulda “Cine 5” və “Kanal 6” telekanallarının ofisinin yerləşdiyi binada 3 aydır intensiv hazırlıq işləri aparır. Bina son texnologiya əsasında tamamilə yenilənib. Türkiyə mənbələri “Global Media” şirkətinin 8 televiziya kanalına, 4 internet portala və 2 qəzetə nəzarət etdiyini bildirir.

 

Xəbərə görə media qrupu Türkiyədə uzunmüddətli biznes qurmağı planlaşdırır və yeni açacağı telekanala məşhur aparıcıları, jurnalistləri cəlb etməyə hazırlaşır. Şirkətin yaxın günlərdə kadrları cəlb etmək üçün danışıqlara başlayacağı bildirilir.

 

Yeni açılacaq xəbər kanalının adı TR24 olacaq və NTV, CNN Türk, Habertürk kimi aparıcı xəbər kanalları ilə rəqabətə girəcək.

 

İnternet mənbələrində göstərilir ki, “Global Media” 2001-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətdir. 2007-ci ildə şirkət Azərbaycanda rəqəmsal yayım və çap biznesi sahəsində fəaliyyətə başlayıb. Habelə Türkiyədə serial biznesinə girib. Tərkibində sərgi və reklam biznesi ilə məşğul olan “AzExpo” LLC, çap biznesi ilə məşğul olan “Global Print” şirkətləri var.

 

Türkiyədəki qaynaqlardan məlum olub ki, “Global Media” qrupu bu ölkədə açmağa hazırlaşdığı xəbər telekanalı üçün indiyə qədər azı 4 milyon dollar xərcləyib, daha bir neçə milyon dollar da xərclənməsi nəzərdə tutulur.

 

Türkiyənin media sektoru reklam bolluğuna görə gəlirli biznes sahəsi hesab edilir. Lakin Azərbaycan şirkətinin bu sektorda rəqabətə nə dərəcədə davam gətirəcəyi hələ məlum deyil. Bundan əvvəl SOCAR-da Türkiyənin media sektoruna girmişdi və xəbər telekanalı satın almışdı. Hansı ki, bu yatırımın uğursuz olduğu haqda məlumatlar var.

 

© Virtualaz

09.04.2018 09:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ