Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

9 minə yaxın mənzil GPON əsasında rabitə xidmətləri ilə təmin olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
9 minə yaxın mənzil GPON əsasında rabitə xidmətləri ilə təmin olunub

“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə)  texnologiyasının tətbiqi ilə fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin göstərilməsi istiqamətində işləri davam etdirir.

 

Reklam_3_11

“Baktelecom” paytaxt əhalisinin genişzolaqlı xidmətlərlə təminatını nəzərdə tutan “Evədək internet” layihəsinin birinci mərhələsini yekunlaşdırır. Artıq bu həftədən etibarən 30 min mənzili əhatə edən layihənin istismara verilməsi başa çatır. Hazırda 9 minə yaxın mənzil GPON texnologiyası əsasında rabitə xidmətləri ilə təmin olunub.

 

Davamlı olaraq “Baktelecom”un təklif etdiyi sərfəli xidmət paketlərinə qoşulmaq istəyən müştərilərin sifarişi operativ şəkildə qəbul olunur, qısa zaman ərzində abunəçilər üçün multimedia xidmətləri aktiv edilir.

 

Tezliklə “Evədək internet” layihəsinin ikinci mərhələsində 100 minədək evdə GPON infrastrukturunun yaradılması prosesinə start veriləcək.  

 

Qeyd edək ki, fiber-optik xətləri üzərindən təmin edilən GPON texnologiyası 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.

 

“Baktelecom”un genişzolaqlı rabitə xidmətləri haqqında ətraflı məlumatı “www.baktelecom.az”  saytı və ya “155” qısa nömrəsinə müraciət etməklə əldə edə bilərsiniz.

09.04.2018 10:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ