Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda Almaniyaya viza almaq qaydaları dəyişdirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda Almaniyaya viza almaq qaydaları dəyişdirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Aprelin 10-dan "VisaMetric" şirkəti Almaniya səfirliyinin tapşırığı ilə səfər məqsədi Almaniya olan şengen vizaları üçün sənəd qəbulunu həyata keçirəcək. 

Reklam_3_11

 

Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, viza sənədlərinin qəbulu mərkəzi Nəsimi rayonu, Rəsul Rza küçəsi 75 ünvanında, Qış Parkı binasında yerləşir. 

 

Mərkəz həftənin 1-5-ci günləri saat 08:30-dan 16:00-dək açıq olacaq.  

 

Məlumata görə, qəbul saatlarının artırılması və görüş vaxtı təyin etmək üçün gözləmə vaxtlarının qısaldılması nəticəsində Almaniya səfirliyində şengen vizasına müraciət prosesi asanlaşdırılır. Ərizəçilər həmçinin yeni viza qəbulu mərkəzinin digər xidmətlərindən – biometrik şəkillərin çəkilişi və pasportların kuryer vasitəsilə göndərilməsi – yararlanmaq imkanı əldə edəcəklər. Şengen vizasına müraciət edən ərizəçilər ilk həftələrdə görüş vaxtı təyin etməli olacaqlar. Görüş vaxtını telefonla və ya "VisaMetric" şirkətinin internet səhifəsindən təyin etmək mümkündür. May ayının ortasından müraciət üçün görüş vaxtı təyin etməyə ehtiyac qalmayacaq. Şengen vizaya müraciətə edilən dəyişiklik milli vizaya – ailə birləşməsi, təhsil və s. - şamil olunmur. Suallarınız olduğu təqdirdə həftənin 1-5-ci günləri saat 08:30-dan 12:30-dək, eləcə də 13:30-dan 17:00-dək "VisaMetric" şirkətinin telefon mərkəzinə (012) 599 88 12 zəng edə bilərsiniz. 

 

Ələvə məlumatı "VisaMetric"in internet            səhifəsindən https://www.visametric.com/Azerbaijan/Germany/az eləcə də Almaniya səfirliyinin internet səhifəsindən www.baku.diplo.de əldə etmək mümkündür. 

 

©Report

09.04.2018 12:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ