Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Yanvar-Fevral aylarında narahat idik”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Yanvar-Fevral aylarında narahat idik”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Vayuta hərraclarında bankların tələbləri bir sent də olsun ödənilməmiş qalmır”.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Sədr qeyd edib ki, xarici valyutaya tələb mövsümi olaraq bir qədər arta bilir, buna baxmayaraq tələbin ödənilməsində heç bir problem yoxdur:

 

“Valyutanın alınmasında çətinlik yoxdur. Biz mütəmadi olaraq bankların valyuta məzənnələrini müşahidə edirik. Əvvəllər banklardakı məzənnə rəsmi məzənnədən 0,2% - 03% aşağı idi. Bu gün isə  0.2%-0.25% rəsmi məzənnədən yuxarıdır. Bu normaldır. Yadınızdadır biz üzən məzənnəyə keçidi elan edən zaman +-4% var idi. Bu gün isə söhbət 0,2%-dən gedir. Mən hesab edirəm ki, tələb mövsümi olaraq artır, banklar nağd valyutaya təlabatın yüksəldiyini görürlər. Təbii ki, banklar da bu əməliyyatlardan müəyyən qazanc güdürlər. Bir daha deyirəm, hərraclarda bankların tələbi tam ödənilir. Hətta təlabatın bir qədər artması bizim üçün normaldır. Çünki Neft Fondundan trasfertlər artsın və büdcə vəsait əldə etsin. Yanvar-Fevral aylarında Neft Fondundan büdcəyə trasfertlərin tam şəkildə reallaşmaması bizi və iqtisadi qurumları narahat edirdi. Bu gün belə narahatçılq yoxdur, çünki tam şəkildə bazarda olan tələbi ödəyirik və bunun vasitəsilə büdcə ödənişlərinin fasiləsizliyini təmin edirik”.

 

“MANATIN UCUZLAŞMASINA ƏSAS YOXDUR”

 

Elman Rüstəmov, “Biz milli valyutanın dəyərdən düşməsi üçün heç bir fundamental amil görmürük” - deyərək sözlərinə belə davam edib:

 

“Tədiyyə balansı müsbət zonadıdar, onun profisiti var. Biz ilin sonuna kimi tədiyyə balansında əhəmiyyətli  profisit gözləyirik. Ölkədə mövcud iqtisadi siyasətləri həyata keçirmək üçün valyuta ehtiyatları ayrılmışdır. Neftin qiyməti ötən ilin müvafiq dövrünə nisbətən 25% yüksəkdir. Belə olan şəraitdə, manatın ucuzlaşacağı barədə proqnozlar nəyə əsaslanır bizə məlum deyil. Ölkədə birinci rübdə həyata keçirilən valyuta hərraclarının əksəriyyətində təklif tələbi üstələmişdir. Belə olan şəraitdə biz Azərbaycanın milli valyutasının ucuzlaşması istiqamətində heç bir fundamental amil görmürük və düşünürük ki, bu baş verməyəcək”.

 

MARTDA SATIŞ KƏSKİN ARTIB

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin mart ayı ərzində 647 milyon ABŞ dolları məbləğində vəsait satılıb. 

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin yanvar ayında 299,1 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində isə 364,1 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, Mart ayında vəsait satışı Fevral ayı ilə müqayisədə 1,8 dəfə, Yanvar ayı ilə müqayisədə isə 2,2 dəfə artıb. 

 

2018-ci ilin birinci rübü ərzində isə ARDNF tərəfindən satılmış valyutanın həcmi 1 milyard 310,2 milyon ABŞ dolları təşkil edir.

 

Qeyd edək ki, həftədə 2 dəfə Neft Fondunun iştirakı ilə Mərkəzi Bankda valyuta həracı keçirilir.

09.04.2018 15:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ