Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Tikinti materialları ilə özümüzü təminetmə səviyyəmiz açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tikinti materialları ilə özümüzü təminetmə səviyyəmiz açıqlandı

“Tikinti materialları ilə özümüzü təminetmə səviyyəmiz haqqında da bəzi rəqəmləri səsləndirmək istəyirəm”,- Azərbaycan Prezidenti Yanvarın 30-da keçirilmiş konfransdakı çıxışında deyib:

 

“Sement - özümüzü 100 faiz təmin edirik. Azərbaycanda artıq bir neçə sement zavodu fəaliyyət göstərir. Əvvəllər biz xaricdən, idxaldan asılı idik. Artıq Bakıda, bölgələrdə sement zavodları fəaliyyət göstərir. Yəni, bu sahə artıq idxaldan asılı deyil. Özümüzü əhənglə 90 faiz, gipslə 235 faiz, kərpiclə 100 faiz, mərmər-travertin ilə 46 faiz, beton-tikinti blokları ilə 100 faiz, alçipanla 100 faiz, metal konstruksiyalarla 32 faiz, armaturla 72 faiz, alüminium və ondan alınan məmulatlarla 231 faiz təmin edirik. Hesab edirəm, bunlar da kifayət qədər yaxşı göstəricilərdir və baxmaq lazımdır, əlavə hansı işlər görülməlidir ki, o sahədə də addımlar atılsın.

 

İlham Əliyev qeyd edib ki, inşaat sektoruna ciddi təkan veriləcəkdir:

 

Düzdür, keçən il investisiya qoyuluşu aşağı düşdüyünə görə inşaat sektoruna daha da az vəsait yatırıldı. Ancaq bu, müvəqqəti bir məsələdir. Artıq görülən tədbirlər nəticəsində inşaat sektoruna ciddi təkan veriləcəkdir. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə artıq birinci şəhərcik inşa edilməyə başlayıb. Orada 30-a yaxın binanın tikilməsi nəzərdə tutulur. Növbəti 1-2 il ərzində “Ağ şəhər”də 60 bina tikiləcəkdir. Bakı şəhərində köçürülmə yolu ilə icra ediləcək layihələrin sayı da 60-a yaxındır və onlarla fərdi qaydada yeni binalar tikilir. Yəni, inşaat sektoruna bunun çox böyük dəstəyi olacaqdır".

31.01.2017 08:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ