Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Uçot dərəcəsi daha da aşağı salınacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Uçot dərəcəsi daha da aşağı salınacaq"

İnflyasiya aşağı düşdüyündən, məzənnə sabitləşdiyindən, xarici və daxili risklər azaldığından Mərkəzi Bank monetar şəraiti normallaşdırmağa davam edəcəkdir.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

“Mövcud daxili və xarici şərtlər sabit qalacağı şəraitdə uçot dərəcəsi daha da aşağı salınacaqdır. Belə potensial mövcuddur. Biz tədricən uçot dərəcəsini azaltmaqla monetar şəraiti neytral zonaya yaxınlaşdıracağıq”.

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 10 aprel 2018-ci il tarixindən uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı həddləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±3%  müəyyənləşdirilmişdir.

 

Mərkəzi Bank bu ilin Feval ayında uçot dərəcəsini 15%-dən 13%-ə endirmişdi.

 

Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin iyun ayının 14-də müzakirə ediləcəkdir.

10.04.2018 06:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ