Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycana gələn turistlərin sayı və milliyyətləri açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana gələn turistlərin sayı və milliyyətləri açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin 3 ayı ərzində Azərbaycana 627 835 nəfər xarici vətəndaş səfər etmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 70 207 nəfər və ya 12.6% artım deməkdir.

 

Reklam_3_11

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumata görə, xarici vətəndaşların 185 913 nəfəri yanvar, 166 161 nəfəri fevral və 275 761 nəfəri isə mart ayı ərzində ölkəmizə səfər etmişdir.

 

Ölkəmizə səyahət edən xarici vətəndaşların sayına görə ənənəvi olaraq Rusiya Federasiyası (171 814 nəfər), Gürcüstan (138 909 nəfər), İran İslam Respublikası (99 158 nəfər) və Türkiyə (72 733 nəfər) liderlik etmişdir. Bununla yanaşı, BƏƏ (29 317 nəfər), Ukrayna (11 847 nəfər) və İraq (11 112 nəfər) vətəndaşları da Azərbaycana gələnlərin sırasında seçilmişdir.

 

2018-ci ilin 3 ayı ilə keçən ilin müvafiq dövrünü müqayisə etdikdə xüsusi artım tempinə görən seçilən ölkələr Gürcüstan (15 684 nəfər və ya 12.7%), Rusiya Federasiyası (11 188 nəfər və ya 6.97%), Türkiyə (8 191 nəfər və ya 12.7%), BƏƏ (6 931 nəfər və ya 31%) və Küveyt (5 621 nəfər və ya 614%) olmuşdur.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 3 ayı ərzində Azərbaycana səfər edən xaricilərin əsas hissəsi MDB ölkələri və Gürcüstan (342 457 nəfər və ya 54.5%), Fars körfəzi və Yaxın şərq ölkələri (166 976 nəfər və ya 26.5%) və Avropa ölkələrinin (93 122 nəfər və ya 14.8%) payına düşmüşdür.          

 

Cari ilin 3 ayı üzrə sözügedən hər üç regiondan ölkəmizə gələnlərin sayında keçən illə müqayisədə artım baş vermişdir. Belə ki, MDB ölkələri və Gürcüstan region üzrə 28 560 nəfər (9.0%), Fars körfəzi və Yaxın şərq ölkələri üzrə 23 022 nəfər (15.9%) və Avropa regionu üzrə 8 008 nəfər (9.4%) artım müşahidə edilmişdir.

10.04.2018 09:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ