Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Rublun ucuzlaşması 8 faizi keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rublun ucuzlaşması 8 faizi keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rubl "ABŞ sanksiyaları"ndan sonra ucuzlaşır. Dolların məzənnəsi 2016-ci ildən bəri ilk dəfə 63 rubl həddini keçib.



 
Rusiya aktivləri, ABŞ-ın Kreml ilə əlaqəli milyarderlərə və Rusiya şirkətlərinə tətbiq etdiyi yeni sanksiyaların təsiri ilə Bazar ertəsi günü kəskin düşmüşdü.

Reklam_3_11


 
"Marja" xəbər verir ki, Suriyada rejimin Şərqi Qutada kimyəvi hücum təşkil etdiyi barədə xəbərlərdən sonra ABŞ ilə artan gərginlik, Rusiya aktivlərinin və Rublun dəyərdən düşməsini daha da sürətləndirib.

 

Rubl, Çərşənbə axşamı Dollar qarşısında 4%-dən çox dəyər itirərib və Dolar/Rusiya Rublu məzənnəsi 63.20 səviyyəsinə qalxıb. Dünən Rubl 4,3% ucuzlaşmışdı. 2 gündə Rubl Dollar qarşısında 8%-dən çox dəyərdən düşüb.

 

Rusiyda banklarda Dolların məzənnəsi  64,44 rubla çatıb.

 

Moskva birjasında avronun dəyəri çox az bir saat ərzində 3 rubl artıb. Avronun məzənnəsi 2016-cu ilin yazından bəri ilk dəfə 78 rubl səviyyəsini keçib.

 

Bu gün Azərbaycanda rəsmi olaraq 1 Rusiya rublu dünənki 0.0292 səviyyəsindən 0.0281 səviyyəsinə geriləyib.

 

ABŞ Prezidenti Donald Tramp Suriyadakı kimyəvi hücuma "təsirli" bir cavab verəcəyini bildirib. Rusiya Suriya rejiminin yanındadır.

10.04.2018 10:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ