Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Manata təzyiq yarandı - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Manata təzyiq yarandı - YENİLƏNİB

Saat 17:20

 

Son məlumata görə, AmrahBank filiallarında Dolları 1.7040 manata alıb, 1.7070 manata satır. BTB Bank isə 1.7040 manata alıb, 1.71 manata satır.

 

XXX 13:32

 

Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması Azərbaycan Manatına psixoloji təsir göstərir

 

Rusiya Rublu və Türk Lirəsindən sonra Azərbaycan Manatı da ucuzlaşma meylindədir.

 

"Marja" xəbər verir ki, hərracda orta çəkili məzənnə dəyişməsə də banklarda Dolların alış və satış qiymətləri qalxır.

 

Məsələn, GünayBank Dolların alış qiymətini 1.7020 manata, satış qiymətini isə 1.7045 manata qaldırıb. 

 

Amrahbank da alışı 1.7020 manata qaldırıb.


Banklarda Dolların satış qiyməti daha çox yüksəlib və 1.7050 manata çatıb.

 

Bu gün Dollar Türkiyədə 4.08 dolları, Rusiyada isə 64 rublu keçib.

 

“MANATIN UCUZLAŞMASINA ƏSAS YOXDUR”

 

Dünən Mərkəzi Bankın sədri Elman Rüstəmov, “Biz milli valyutanın dəyərdən düşməsi üçün heç bir fundamental amil görmürük” - deyib.

 

“Tədiyyə balansı müsbət zonadıdar, onun profisiti var. Biz ilin sonuna kimi tədiyyə balansında əhəmiyyətli  profisit gözləyirik. Ölkədə mövcud iqtisadi siyasətləri həyata keçirmək üçün valyuta ehtiyatları ayrılmışdır. Neftin qiyməti ötən ilin müvafiq dövrünə nisbətən 25% yüksəkdir. Belə olan şəraitdə, manatın ucuzlaşacağı barədə proqnozlar nəyə əsaslanır bizə məlum deyil. Ölkədə birinci rübdə həyata keçirilən valyuta hərraclarının əksəriyyətində təklif tələbi üstələmişdir. Belə olan şəraitdə biz Azərbaycanın milli valyutasının ucuzlaşması istiqamətində heç bir fundamental amil görmürük və düşünürük ki, bu baş verməyəcək”.

 

"1.70 KURSUNUN SAXLANMASI ARZUOLUNAN DEYİL"

 

İqtisadçı Vüqar Bayramov bildirib ki, proqnozlaşdırdığımız kimi, hər iki qonşumuz Qərb ölkələri ilə gərginliyə iqtisadi baxımdan duruş gətirməkdə çətinlik çəkirlər:

 

"Bütün bunlar ilə yanaşı, rublun məzənnəsinin necə dəyişməsi iqtisadi baxımdan bizim üçün də əhəmiyyətlidir. Belə ki, ötən il 1 milyard 538 milyon dollarlıq qeyri-neft sektoru üzrə ixracıtımızın 553 milyon dolları Rusiya bazarına yönəlib. Bu isə o deməkdir ki, Azərbaycanın ümumi qeyri-neft ixracatının 36 faizə yaxını məhz şimal qonşumuzun payına düşür. Deməli, rublun məzənnəsi qeyri-neft ixracatımıza birbaşa təsir göstərən faktorlardandır. Bu baxımdan da, rublun dəyərsizləşməsi manata təzyiqləri artıran faktorlardandır. Qeyri-neft sektorunda ikinci paya malik olan Türkiyədə də milli valyutanın ucuzlaşması bizim üçün arzuolunan deyil. Azərbaycanda büdcə xərcləmələri və eləcə idxalın artması fonunda dollara tələbin növbəti aylarda da artacağı gözlənilir. Azərbaycanda dollara tələbin artması və eləcə də qonşu ölkələrdə milli valyutaların ucuzlaşması fonunda Mərkəzi Bankın çevik məzənnə siyasətinə keçməsinə ehtiyac var. Neft bumu dövründə inzibati metod ilə 0.78 məzənnəsi qrorumaq nə qədər məqsədə uyğun deyildisə, indi dəyişməyən 1.70 kursunun saxlanması o qədər arzuolunan deyil. Mərkəzi Bank interval məzənnəyə üstünlük verməli və sabit kurs deyil, optimal interval daxilində məzənnə stabilliyinə nail olmağa çalışmalı idi və çalışmalıdır. Bu halda dollara tələbin artması və xarici faktorların valyuta bazarımıza təsirlərini minimumlaşdırmaq daha asan olardı".

 

 

Dollar

Avro

 

Alış

Satış

Alış

Satış

Access Bank

1.6990

1.7040

2.0519

2.1147

AFB Bank

1.6990

1.7035

2.0755

2.1085

AGBank

1.6900

1.7050

2.0815

2.1170

Amrahbank

1.7010

1.704

2.0900

2.1050

AtaBank

1.7000

1.7040

2.0800

2.1100

Azərpoçt

1.6970

1.7030

2.0750

2.1050

Azər Türk Bank

1.6990

1.7025

2.0800

2.1100

Azərbaycan Beynəlxalq Bankı

1.6750

1.7030

2.0415

2.1147

Azərbaycan Sənaye Bankı

1.7000

1.7030

2.0700

2.1150

Bank Avrasiya

1.7000

1.7030

2.0790

2.1120

Bank of Baku

1.6970

1.7040

2.0800

2.1300

Bank Respublika

1.6980

1.7030

2.0800

2.1070

Bank VTB (Azərbaycan)

1.6980

1.7030

2.0780

2.1080

BTB Bank

1.6990

1.704

2.0840

2.1080

Expressbank

1.6990

1.7040

2.0800

2.1070

Günay Bank

1.7020

1.7045

2.0900

2.1100

Kapital Bank

1.6970

1.7020

2.0370

2.1370

Muğanbank

1.6960

1.7040

2.0510

2.1150

Naxçıvanbank

1.6900

1.7055

2.0310

2.1105

NBCBank

1.7000

1.7040

2.0820

2.1050

Nikoil Bank

1.7000

1.7030

2.0850

2.1100

Paşa Bank

1.6980

1.7020

2.0755

2.1140

Rabitəbank

1.6960

1.7040

2.0550

2.1140

TuranBank

1.7005

1.7025

2.0825

2.1050

Unibank

1.6980

1.7030

2.0750

2.1064

Yapı Kredi Bank Azərbaycan

1.6960

1.7050

2.0310

2.1566

Ziraat Bank Azərbaycan

1.6950

1.7040

2.0650

2.1200

10.04.2018 15:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ