Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Azərlotereya”nın xalis mənfəəti 2 dəfədən çox azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərlotereya”nın xalis mənfəəti 2 dəfədən çox azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

İqtisadiyyat Nazirliyi yanında “Azərlotereya” ASC 2017-ci ili 1,22 mln. manat xalis mənfəətlə başa vurub.

Reklam_3_11

 

Şirkətin maliyyə hesabatına istinadən xəbər verilir ki, bu, 2016-cı illə müqayisədə 54,7% və yaxud 2,2 dəfə azdır.

 

Əldə olunmuş mənfəətin 1 mln. manatı divident şəklində dövlət büdcəsinə ödənilib.

 

Ötən il “Azərlotoreya”nın satışdan gəlirləri 26,172 mln. manat (əvvəlki ilə nisbətən 21,75% az), satışının maya dəyəri isə 25,371 mlnş manat (18,5% az) olub. Son nəticədə şirkət satışdan 802 min manat mənfəət əldə edib ki, bu da illik müqayisədə 65,2% azdır.

 

2017-ci ildə “Azərlotereya”nın sair gəlirləri 2016-ci illə müqayisədə 2% çox – 724 min manat təşkil edib. Bununla da şirkətin vergiyəqədərki mənfəəti 1,525 mln. manat olub ki, bunun da 305 min manatı (həmişəki kimi 20%-i) mənfəət vergisi kimi dövlət büdcəsinə ödənilib.

 

Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 min manatdır.

 

©Report

10.04.2018 12:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ