Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Heyvanların qanunsuz kəsiminə mərhələli şəkildə qadağa qoyulacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Heyvanların qanunsuz kəsiminə mərhələli şəkildə qadağa qoyulacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

"İri və xırdabuynuzlu heyvanların qanunsuz kəsiminə qoyulacaq qadağalar Azərbaycan dövlətinin qəbul edəcəyi qərarlar əsasında tədbirlər planına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək".

Reklam_3_11

 

Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən bildirilib. 

 

Sorğunun cavabında qeyd olunub ki, qurum əhalinin təhlükəsiz qida ilə təmin edilməsi məqsədilə respublikanın rayonları və Bakı şəhərinin müxtəlif küçə və meydanlarında, yol kənarları və məhəllədaxili yerlərdə iri və xırdabuynuzlu heyvanların kəsiminə qadağaların tətbiqinə dair Azərbaycan hökümətinə təqdim edilməsi üçün təkliflər paketi hazırlayıb.

 

"Təkliflərdə standartlara uyğun, müvafiq laboratoriyalarla təmin olunmaqla xüsusi ət kəsim məntəqələri respublikanın şəhər və rayonlarında əhalinin sıxlığı və ət məhsuluna olan təlabatı nəzərə alınmaqla (torpaq sahələrinin icra hakimiyyətilə razılaşması əsasında) sahibkarlar tərəfindən tikintisinin həyata keçirilməsi nəzərdə tutulub. Bu kəsim məntəqələrinə hər hansı bir say məhdudiyyət yoxdur. Bundan başqa, sanitariya-gigiyena norma və qaydaları və qida təhlükəsizliyi baxımıdan standartlara cavab verən ət kəsim məntəqələrinə dair layihələr Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmalıdır" - deyə AQTA-dan əlavə edilib.

 

Qeyd edək ki, yeni fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyi hazırda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı olaraq, struktur bölmələrinə ixtisaslaşmış kadr potensialının cəlb edilməsi, qida məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi bazanın hazırlanmasını həyata keçirir. 

 

©Report

10.04.2018 13:17

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ