Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Unibank METAK üçün zamin durdu - 12% GƏLİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Unibank METAK üçün zamin durdu  - 12% GƏLİR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Unibank  korporativ qiymətli kağızlar bazarında bir ilkə imza ataraq, yerli şirkətin 3 milyon manatlıq istiqrazına təminatçı olub. Bu barədə Bankdan "Marja"ya bildirilib.

 

Reklam_3_11

Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası Unibank-ın təminat verdiyi və “METAK” MMC tərəfindən buraxılan faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazların emissiyasını dövlət qeydiyyatına alıb. "METAK" MMC-nin  yeni istiqraz emissiyasını Unicapital İnvestisiya  şirkəti həyata keçirəcək.

 

Qeyd edək ki, emissiya həcmi 3 000 000, 1 ədədinin nominal dəyəri 1000 manat, miqdarı 3 000 ədəd olan METAK istiqrazları illik 12% gəlirliliyə malikdir. İstiqrazların tədavül müddəti 1 ildir və faizlər hər növbəti ay ödənilir.

 

METAK istiqrazları müəyyən edilmiş dövrlərdə faiz gəlirini və istiqraz müddətinin sonunda qoyulmuş ilkin vəsaiti almaq hüququnu verən investisiya qiymətli kağızıdır. Mövcud uçot dərəcəsi və bankların təklif etdiyi əmanətlər üzrə faizlərə nəzərən,  METAK istiqrazları yüksək gəlirlililiyinə görə, ən yaxşı investisiya alətlərindən biri kimi dəyərləndirilir. Hazırda qiymətli kağızlar bazarında yerli valyutada dövriyyədə olan digər korporativ istiqrazlarla müqayisədə, bu istiqrazlar gəlirlilik baxımından öndədir.

 

İstiqrazların likvidliyi də yüksəkdir. Belə ki, ayda bir dəfə olmaqla, hər bir alıcı istiqrazlarını Unibanka geri satmaq imkanı əldə edəcək. Yerləşdiriləcək istiqrazların 100% təminatçıları kimi Unibank və METAK çıxış edir. İstiqrazları Unicapital İnvestisiya Şirkətinin vasitəsi ilə almaq mümkündür. Hər kəs METAK istiqrazlarını əldə edə bilər.

 


"METAK" ötən ilin sonunda 2000 ədəd, hər birinin nominal dəyəri 1 000 AZN olan istiqraz emissiya etmişdi. İstiqrazlar üzrə illik gəlirlilik 14% təşkil etmişdi.

10.04.2018 14:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ