Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ hücum gəmilərini Suriya sahillərinə göndərib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ hücum gəmilərini Suriya sahillərinə göndərib

ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “Harri Trumen” aviadaşıyıcısı bir neçə hücum gəmisinin müşayiəti ilə  Virciniya ştatındakı daimi dislokasiya məntəqəsini tərk edərək Aralıq dənizinə yola düşüb.

 

“RİA Novosti”nin verdiyi xəbərə görə, dislokasiya yerini dəyişən gəmilər sırasında “Normandiya” raket kreyseri, “Arli Berk”, “Balkerey”, “Forest Şterman” və “Farraqut raket esminesləri var. Bir müddət sonra “Ceyson Danem” və “Sallivans” esmineslərinin də onlara qoşulacağı bildirilib. Adı çəkilən  gəmilərin göyərtəsində ümumilikdə 6500 hərbçinin olduğu qeyd olunur.

 

Almaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus “Gessen” freqatının da regiona yollanacağı bildirilir.

Pentaqon məlumatı təsdiqləyərək,  yerdəyişmənin planlı olduğunu vurğulayıb: “Dislokasiya yerinin dəyişməsi qüvvələrin müntəzəm rotasiyasının bir hissəsidir”.  

 

Bundan əvvəl ABŞ-a məxsus “USS Donald Cook” və “USS Porter” gəmilərinin  Suriya sahillərinə doğru üzdüyü bildirilib. Onların göyərtəsində “Tomaqavk” tipli onlarla qanadlı raketlərin yerləşdirildiyi vurğulanır.  

 

Moskva Vaşinqtona xəbərdarlıq edərək bildirib ki, Suriya hökumət qüvvələrinə zərbələrin endirilməsi “ən ağır fəsadlar”la nəticələnəcək.   

 

Xatırladaq ki, ABŞ, Böyük Britaniya, Fransa və bir neçə Qərb ölkəsi Suriya hökumət qüvvələrinin aprelin 7-də Duma şəhərində kimyəvi silahdan istifadə etdiyini iddia edir. Rəsmi Dəməşq, Rusiya və İran ittihamları rədd edərək, iddiaların əsassız olduğunu bəyan ediblər.

11.04.2018 05:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ