Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sabah qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabah qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fevral ayının ilk günü ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu Abşeronda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq.

 

Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

 

Azərbaycanın rayonlarında fevralın 1-də arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

 

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 9-14° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

31.01.2017 09:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ