Ən yuxarı (mobil)-2_30

"VTB Bank"dan dividendlərin kəskin artmasını gözləyirik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"VTB Bank"dan dividendlərin kəskin artmasını gözləyirik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Dövlət Neft Fondunun Rusiyanın "VTB Bankı"nda payını artırmaq planları yoxdur".

 

Bunu Fondun icraçı direktoru Şahmar Mövsümov deyib.

 

Onun sözlərinə görə, ARDNF pay sahibi olduğu "VTB Bank"ından ötən il üzrə dividendinin yüksək olacağını gözləyir.

 

Ş.Mövsümov bildirib ki, bu ilin may ayında Sankt Peterburqda bankın səhmdarlarının ümumi yığıncağı keçiriləcək: "Bu yığıncaqda həm Müşahidə Şurasının yeni üzvləri təyin olunacaq, həm də 2017-ci ilin nəticələrinə əsasən dividendlərin ödənilməsi gözlənilir. Bu il əvvəlki ilə nisbətən dividentlərin kəskin artmasını gözləyirik".

 

I rübdə ARDNF-nin aktivləri 2 mlrd. dollar artıb


 Şahmar Mövsümov bildirib ki, bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2 mlrd. ABŞ dolları artıb".

 
 

"Bildiyiniz kimi, dünya bazarında neftin qiyməti bizim proqnozlardan yüksəkdir. Təbii ki, bu da Neft Fondunun ilin sonuna olan vəsaitlərinə təsir edəcək. Bu artımının hansı məbləğdə olacağı isə neftin qiymətindən asılıdır", - deyə Ş. Mövsümov bildirib.

 

© APA

11.04.2018 12:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ