Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Tramp: Rusiya "hazırlaş", raketlər Suriyaya gəlir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp: Rusiya "hazırlaş", raketlər Suriyaya gəlir

 ABŞ Prezidenti Donald Tramp, Suriyaya hərbi müdaxilə variantları ilə bağlı açıqlama verib.
 

"Marja" xəbər verir ki, Tramp, Twitter hesabından verdiyi açıqlamada, "Rusiya Suriyaya atacağımız raketləri vuracaqmış. Hazır ol Rusiya, çünki yeni və ağıllı raketlər gəlir. Xalqını qazla öldürən bir heyvanla birgə olmamalısan" ifadələrini istifadə edib.
 

Bu gün günün ilk saatlarında Rusiyanın Livandakı səfiri Suriyaya ediləcək bir ABŞ hücumunda Rusiyanın ABŞ raketlərini və raketlərin atıldığı yerləri vuracağını söyləmişdi. 

 

RUSİYADAN AÇIQLAMA

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü,"Ağıllı raketlərin, terrorçulara doğru uçması lazımdır. Ərazisində bir neçə ildir ki, beynəlxalq terrorizmlə mübarizə aparan qanuni hökumətə deyil" açıqlamasını edib.

 

SÖZÜNÜ YUMUŞALDIB

 

ABŞ Prezidenti Tramp, növbəti dəfə şəxsi Twitter hesabından yazdığı mesajda, "Rusiya ilə münasibətlərimiz Soyuq Müharibə dövrü də daxil heç olmadığı qədər pisdir. Buna heç ehtiyac yoxdur. Rusiyanın iqtisadi olaraq dəstəyə ehtiyacı var ki, biz də bunu asanlıqla verə bilərik. Birlikdə çalışmalıyıq. Silah yarışını kənara qoyaq", ifadələrini istifadə edib.

 

Qeyd edək ki, Rusiya Rublu kəskin dəyərdən düşüb, neft isə bahalaşıb. Dollar 65 rublu keçib, Brent nefti isə1% bahalaşaraq 71,72 dollara qalxıb.

11.04.2018 16:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ