Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni proqnozlar verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni proqnozlar verildi

“2018-ci ildə Azərbaycanda iqtisadi artım 1,7%-ə, 2019-cu ildə isə 2%-ə yüksələcək”.

 

Reklam_3_11

Bu barədə Asiya İnkişaf Bankının (AİB) “Asiya İnkişaf Proqnozu 2018” adlı hesabatında qeyd olunub.

 

Hesabat müəllifləri qeyd edir ki, proqnozlara əsasən, 2018-2019-cu illərdə Azərbaycanda inflyasiya müvafiq olaraq 7% və 8% təşkil edəcək. “Yüksək neft qiymətləri, xidmətlər və kənd təsərrüfatından əldə olunan gəlirlər sayəsində 2017-ci ildə Azərbaycanda iqtisadi vəziyyət sabitləşib. Bununla yanaşı, tədiyyə balansında da profisit qeydə alınıb. Neft qiymətlərinin növbəti dəfə aşağı düşəcəyi təqdirdə 2018-ci ildə sənaye istehsalının 0,5% azalacağı proqnozlaşdırılır. Buna baxmayaraq, ilin ikinci yarısında “Şahdəniz-2” layihəsinin istismara verilməsi ilə qaz hasilatının 3% artacağı gözlənilir. Dövlət investisiyalarının, infrastruktur və mənzil tikintisinin artması nəticəsində 2018-ci ildə tikinti sektoru 6%, 2019-cu ildə isə 3% böyüyəcək. Eyni zamanda, yüksək gəlirlər və milli valyutanın sabitliyi həm 2018, həm də 2019-cu ildə fərdi istehlak həcminin artmasına səbəb olacaq. Qaz hasilatının artması 2019-cu ildə xalis ixracı da genişləndirəcək".

 

AİB “Şahdəniz-2” layihəsinin istifadəyə verilməsi, neft qiymətlərinin 60 dollardan yuxarı olması səbəbindən tədiyyə balansının profisitinin 2018-ci ildə ÜDM-in 6,9%-nə, 2019-cu ildə isə 6,2%-nə bərabər olacağını proqnozlaşdırır. "İdxal əməliyyatlarının bu il 6% azalacağı, ixracın isə 13% artacağı gözlənilir”, - deyə hesabatda vurğulanıb.

 

© APA

11.04.2018 16:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ