Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

YAP: Azərbaycan xalqı İlham Əliyevi prezident seçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
YAP: Azərbaycan xalqı İlham Əliyevi prezident seçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirilib.

 

YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, saat 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatıb və seçkilər baş tutmuş hesab edilir: "MSK-dan verilən məlumata görə, səsvermədə 3,9 milyondan çox seçici iştirak edib. "Exit-poll"ların keçirdiyi sorğular nəticəsində İlham Əliyev 80 faizdən yuxarı səs qazanıb. Bu ondan xəbər verir ki, YAP sədri prezident seçkilərində inamlı qələbə qazanıb. Hesab edirik ki, Mərkəzi Seçki Komissiyası da yaxın vaxtlarda nəticələri elan edəcək. Azərbaycan xalqı doğru seçib edərək İlham Əliyevi prezident seçib".

 

Ə. Əhmədov növbəti 7 ilin Azərbaycanda inkişafın yeni mərhələsi olacağını qeyd edib: "İlham Əliyevin müəyyənləşdirdiyi strategiya sayəsində genişmiqyaslı hökumət planı işlənib hazırlanacaq. Azərbaycan bütün sahələrdə inkişaf edəcək və dünya birliyində mövqeləri güclənəcək. İlham Əliyevin qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir və mən bu münasibətlə bütün xalqımızı təbrik edirəm".

 

© APA

11.04.2018 19:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ