Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

MSK: İlham Əliyev 86% səs toplayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
MSK: İlham Əliyev 86% səs toplayıb

12 Aprel 01:00

 

Reklam_3_11

Bu gün keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsindən 5 min 201  seçki məntəqəsi, yəni seçki məntəqələrinin 92,2 faizi hesabat verib.

 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu bu gün keçirilən mətbuat konfransında bildirib.

MSK sədri deyib ki, 3 milyon 959  min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb. Beləliklə, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86 faiz, Qüdrət Həsənquliyev 3,04  faiz, Sərdar Cəlaloğlu 3,02 faiz, Zahid Oruc 3,11 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,39  faiz, Fərəc Quliyev 1,18  faiz və Razi Nurullayev 0, 75 faiz səs toplayıb.

 

Qeyd edək ki, prezident seçkilərində seçici siyahılarında olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959  min 553 nəfəri səs verib, seçici fəallığı 74,51 faiz olub.

 

Xatırladaq ki, MSK bundan əvvəl 125 seçki dairəsi  üzrə 5641 seçki məntəqəsindən 3675 məntəqə, yəni məntəqələrin 65 faizi üzrə daxil olan məlumatlara əsasən seçkilərin ilkin nəticələrini elan edib. Sayılmış 2 milyon 667 min 220 bülletenə əsasən İlham Əliyev 86,09 faiz, Qüdrət Həsənquliyev 3,4  faiz, Sərdar Cəlaloğlu 2,97 faiz, Zahid Oruc 3, 07 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,4  faiz, Fərəc Quliyev 1,18  faiz və Razi Nurullayev 0, 74 faiz səs toplayıb.

 

23:00

 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib.

 

"Marja" xəbər verir ki, MSK sədri, "İlkin nəticələrə görə, İlham Heydər oğlu Əliyev 86,09%-lə liderlik edir", - deyib.

 

Məzahir Pənahov bildirib ki, artıq məntəqələrin 65%-i məlumatları Mərkəzi Seçki Komissiyasına təqdim edib. 

 

Seçkinin ilkin nəticələri aşağıdakı kimidir:

 

İlham Əliyev – 86,09 faiz

Qüdrət Həsənquliyev – 3,4  faiz

Sərdar Cəlaloğlu - 2,97  faiz

Zahid Oruc - 3, 07 faiz

Hafiz Hacıyev - 1,51  faiz

Araz Əlizadə - 1,4  faiz

Fərəc Quliyev - 1,18  faiz

Razi Nurullayev 0, 74 faiz

11.04.2018 21:03

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ