Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Nazir: “Qərara gəlmişik ki, “Qatar Airlines” Azərbaycana uçuşları artırsın”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: “Qərara gəlmişik ki, “Qatar Airlines” Azərbaycana uçuşları artırsın”

“Qətər və Azərbaycan arasında münasibətlər gündən-günə inkişaf edir”.

 

Reklam_3_11

Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov qatarlı həmkarı Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, görüşdə Qətərlə Azərbaycan arasında ikitərəfli münasibətlərə, o cümlədən iqtisadi əlaqələrin inkişafına toxunulub: "Böyük planlarımız var. Bu gün hökumətlərarası iqtisadi komissiyanın iclası olacaq. Biz qərara gəlmişik ki, fevral ayında iqtisadi əlaqələri daha da intensivləşdirək. Biz Körfəz ölkələri ilə güclü əməkdaşlıq qururuq. Ola bilsin ki, bu yay Bakıda Körfəz ölkələri xarici işlər nazirləri ilə görüş oldu”.

 

E. Məmmədyarov Qətər və Azərbaycan arasında turizm sahəsində əlaqələrin inkişafı üçün böyük imkanlar olduğunu söyləyib: “Bu ölkədən Azərbaycana gələn turistlərin sayı gündən-günə artır. Qərara gəlmişik ki, “Qatar Airlines” Azərbaycana uçuşlarını artırsın”.

 

© APA

31.01.2017 09:22

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ