Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Rubl kəskin ucuzlaşmanın ardından bir qədər dəyər qazanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rubl kəskin ucuzlaşmanın ardından bir qədər dəyər qazanıb

ABŞ və Rusiya arasında Suriya mövzusundakı münaqişənin artdığı bir şəraitdə, yüksələn neft qiymətlərinin investorların sinirlərini sakitləşdirməsindən sonra, Rubl 16 ayın ən aşağı səviyyəsindən bir az toparlanıb, istiqrazlar dəyər qazanıb.
 

"Marja" "Bloomberg"ə istinadən xəbər verir ki, Rubl dollar qarşısında 1.8 faiz bahalaşıb və məzənnə 61.50 səviyyəsinə gəlib.  
 

Reklam_3_11

Suriyada artan münaqişə investorlar üçün bir dilemma yaradır. Bir tərəfdən bu vəziyyət, bu həftə bazarlarda sarsıntı yaradan geosiyasi qeyri-müəyyənliyi daha da artırarkən, digər tərəfdən, Rusiyanın əsas gəlir mənbəyi olan neftin yüksəlməsinə səbəb olur.
 

Rubl Çərşənbə günü, ABŞ Prezidenti Donald Trampın "Twitter"dən verdiyi açıqlamada, Suriyaya raket hücumu edəcəyi barədə xəbərdarlıq etməsinin ardından gün ərzində 16 ayın ən aşağı səviyyəsinə qədər enmişdi. Rusiyanın pul vahidi, Brent neftinin güclü bahalaşması (72 dolları keçib) və ABŞ-ın maliyyə naziri Stiven Mnuchin-in Rusiyanın ölkə istiqrazlarına sanksiyanın tətbiq edilməsinə qarşı olduğunu söyləməsinin ardından dəyər qazanıb
 

"Rosbank"ın analitiklərindən Yury Tulinov, "Bazar Mnuchin-in açıqlamasını uzun zamandır gözlənilən müsbət xəbər kimi qiymətləndirib. ABŞ və Rusiyanın dialoqa başlayacağı barədə ümidlər artıb. Suriya mövzusundakı gərginlik, əlbəttə, hələ də davam edir, treyderlər raket hücumunu və Rusiyanın reaksiyasını gözləyir" deyib.

12.04.2018 11:37

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ