Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Banklardan biri 2018-in ilk rübünü mənfəətlə başa vurdu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklardan biri 2018-in ilk rübünü mənfəətlə başa vurdu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Ziraat Bank Azərbaycan” ASC 2018-ci ilin 1-ci rübünü 1 milyon 692 manat xalis mənfəət ilə başa vurub.

 

“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, ilk 3 ayda “Ziraat Bank Azərbaycan”ın faiz gəlirləri 3 milyon 353 min manat, qeyri-faiz gəlirləri 1 milyon 308 min manat təşkil edib.

 

“Ziraat Bank Azərbaycan” 2017-ci ilin 1-cü rübündə 2 milyon 328 min manat faiz gəliri, 1 milyon 26 min manat qeyri-faiz gəliri əldə etmiş və həmin dövrü 1 milyon 337 min manat xalis mənfəət ilə başa vurmuşdu.

 

31.03.2018-ci il tarixində "Ziraat Bank Azərbaycan"ın cəmi aktivləri 222 milyon 557 min manat, cəmi balans kapitalı 67 milyon 850 min manat, cəmi öhdəlikləri isə 154 milyon 706 min manat təşkil edib.

 

2017-ci ilin sonunda Bank 186 milyon 665 min manat cəmi aktivlərə, 65 milyon 895 min manat cəmi balans kapitalına və 120 milyon 769 min manat cəmi öhdəliklərə malik idi.

 

Bankın müştərilərə verdiyi kreditlər ötən ilin sonundakı 67 milyon 884 min manatdan 79 milyon 414 min manata yüksəlib. Depozitlər isə 80 milyon 128 min manatdan 89 milyon 133 min manata qalxıb.

12.04.2018 13:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ