Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“NBC Bank” artan kreditlər ilə gəlirini artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“NBC Bank” artan kreditlər ilə gəlirini artırıb

“NBC Bank” ASC 2018-ci ilin 1-ci rübünü 818,1 min manat xalis mənfəət ilə başa vurub.

 

“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, cari ilin ilk 3 ayında “NBC Bank”ın cəmi gəlirləri 4 milyon 613 min manat, o cümlədən faiz gəlirləri 3 milyon 974 min manat, qeyri-faiz gəlirləri 639 min manat təşkil edib.

 

Eyni dövrdə Bankın cəmi xərcləri 3 milyon 938 min manat təşkil edib. Həmçinin ehtiyatlardan 144 min manat gəlirə əlavə edilib.

 

2017-ci ilin ilk 3 ayda “NBC Bank”ın cəmi gəlirləri 4 milyon 441 min manat, o cümlədən faiz gəlirləri 3  milyon 541 min manat, qeyri-faiz gəlirləri 900 min manat təşkil etmişdi. Faiz və qeyri-faiz xərcləri isə 3 milyon 334 min manat olduğundan Bank ilk rübü 1 milyon 107 min manat əməliyyat mənfəəti ilə başa vurmuşdu. Bank əməliyyat mənfəətini aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəltdiyindən, 80.5 min manatlıq zərəri yaranmışdı.

 

Beləliklə, "NBC Bank" illik müqayisədə gəlirlərini artırıb və mənfəətə çıxıb.

 

“NBC Bank” 2017-ci ili 2 milyon 914 min manat xalis mənfəətlə başa vumuşdu.

 

MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB

 

2017-ci ilin sonunda “NBC Bank”da 204 milyon 125 min manat təşkil etmiş cəmi aktivlər, 2018-ci ilin Mart ayının sonunda 221 milyon 879 min manata, müştrilərə verilmiş kreditlər isə 154 milyon 396 min manatdan 164 milyon 628 min manata yüksəlib.

 

İlk 3 ayda depozitlər 8 milyon 560 min manat artaraq 82 milyon 529 milyon manata çatıb.

 

Bankın məcmu kapitalı isə 56 milyon 590 min manatdan 57 milyon 446 manata qalxıb.

12.04.2018 16:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ