Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Media nəhəngi "Fitch"in 100% sahibi oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Media nəhəngi "Fitch"in 100% sahibi oldu

ABŞ-ın media nəhəngi "Hearst" şirkəti, "Fitch Ratings"in ana şirkəti "Fitch Group"un 20%-lik hissəsini də alaraq şirkətin hamısına (100%) sahib olub.

 

"Marja" xəbər verir ki, "Hearst", beynəlxalq kredit reytinqi agentliyi olan "Fitch Ratings"in ana şirkəti "Fitch Group"un qalan 20%-lik hissəsini 2,8 milyard dollara satın alıb.

 

Satınalmadan əvvəl "Fitch Group"da 80% payı olan "Hearst", beləcə "Fitch Group"un hamısına sahib olub.

 

"Fitch Group"da ilk pay alışını 2006-da reallaşdıran "Hearst", 2015-də bu şirkətdəki payını 80%-ə qaldırmışdı.

 

Mütəxəssislər, dünyada media şirkətlərinin azalan gəlirlərinə işarə edərək, "Hearst"ın bu satınalma ilə maliyyə yayımı sahəsinə də fokuslandığını qeyd edirlər.

 

"Hearst"ın sahib olduğu nəşrlər arasında "Cosmopolitan", "Elle ve Esquire" adlı jurnallar, "San Francisco Chronicle" və "The Houston Chronicle" adlı qəzetlər ilə 31 yerli televiziya kanalı var.

 

"Fitch Group"a  isə "Fitch Ratings", "Fitch Solutions" və "Fitch Learning" adlı şirkətlər daxildir.

13.04.2018 04:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ