Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Özəl sektorun ixracı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Özəl sektorun ixracı azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın özəl sektorunun ixracı azalıb.

 

Reklam_3_11

“Marja” Dövlət Gömrük Komitəsinin hesabatlarına istinadən xəbər verir ki, özəl sektorun ixracı 2017-ci ilin 1-ci rübündə 409 milyon 600 min dollar ikən, 2018-ci ilin 1-ci rübündə 403 miyon 249 min dollar təşkil edib. Beləliklə, özəl sektorun ixracı 6 milyon 351 min dollar azalıb.

 

Dövlət sektorunun ixacı isə neftin qiymətinin yüksəlməsilə 2 milyard 163 milyon 497 min dollardan 2 milyard 941 milyon 873 min dollara qalxıb. Fiziki şəxlərin ixracı isə 33 milyon 207 min dollardan 9 milyon 910 min dollara geriləyib.

 

Özəl sektorun idxalı isə artıb. Özəl sektorun idxalı  2017-ci ilin 1-ci rübündə 1 milyard 278 milyon 998 min dollar ikən, 2018-ci ilin 1-ci rübündə 1 milyard 667 milyon 909 min dollar təşkil edib. Dövlət sektorunun idxalı 144 milyon 890 min dollardan 390 milyon 771 min dollara, fiziki şəxslərin idxalı isə 88 milyon 884 min dollardan 132 milyon 424 min dollar qalxıb.

 

Xarici iqtisadi fəaliyyət (XİF) iştirakçılarının sayı artıb. 2017-ci ilin 1-ci rübündə 5 518 şəxs xarici iqtisadi fəaliyyət iştirakçısı olduğu halda, 2018-ci ilin 1-ci rübündə bu say 7 389 şəxs təşkil edib. İştirakçıların sayı fiziki şəxslər üzrə 2 294-dən 3 561-ə, hüquqi şəxslər üzrə isə 3 224 şəxsdən 3 828 şəxsə yüksəlib. Hüquqi şəxslərin 138-i dövlət, 3 086-sı özəl sektordan olub.

13.04.2018 06:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ