Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Azərbaycan şirkətləri bütün işlərin 49 faizini icra edəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan şirkətləri bütün işlərin 49 faizini icra edəcək"

Azərbaycan şirkətlərinin İran ərazisində Astara-Rəşt dəmir yolu sahəsinin tikintisi layihəsində iştirakı 50 faizə yaxın olacaq.

 

Reklam_3_11

Bunu  Azərbaycan İqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

 

O qeyd edib ki, bu sahə "Şimal-Cənub" nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq:

 

"Azərbaycanla İran arasında imzalanmış kredit sazişinin şərtlərinə əsasən Azərbaycan şirkətləri bütün işlərin 49 faizini icra edəcək".


Nazir müavini bildirib ki, "Şimal-Cənub" nəqliyyat dəhlizinin tam gücü ilə işləməsi üçün layihənin bütün marşrutu boyunca dəmiryol infrastrukturunu təşkil etmək vacibdir:

 

"Layihənin birinci mərhələsinin yekunlarına əsasən Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu, Astaraçay üzərində körpü, İranda quru yüklərin yükləmə-boşaltma terminalı istifadəyə verilib. Görülən işlər bizə yükləri şimal ölkələrindən dəmir yolu ilə İranın Astara şəhərinə daşımağa imkan verir. Oradan yüklər digər nəqliyyat növləri ilə Rəştə və İran limanlarına çatdırılacaq. Amma layihənin potensialının tam reallaşdırılması üçün yüklərin dəmir yolu ilə daşınmasını təmin etmək lazımdır. Beləliklə, tarixdə ilk dəfə yüklərin Fars körfəzindən Şimali Avropaya vahid nəqliyyatla daşınması təmin olunacaq. Ona görə də Azərbaycan tərəfindən ayrılan kredit hesabına tikiləcək Astara-Rəşt sahəsi çox vacibdir".

 

S.Babayev əlavə edib ki, perspektivdə "Şimal-Cənub" nəqliyyat dəhlizi Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdirilə bilər:

 

"Bu, Fars körfəzini Şərqi Avropa ilə birləşdirəcək çox perspektivli layihədir. Bu ölkələr arasında ticarət dövriyyəsi milyardlarla dollarla ölçülür. Bu layihə Azərbaycana öz ərazisindən təkcə birinci mərhələdə ildə 3-4 milyon yükün tranzitini təmin etməyə imkan verəcək".

 

© Trend

13.04.2018 07:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ