Ən yuxarı (mobil)-2_30

Birjalarda dolların ucuzlaşması yenidən güclənə bilər - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Birjalarda dolların ucuzlaşması yenidən güclənə bilər - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aprel ayının əvvəlindən bahalaşmağa başlayan avro 1.24$-da güclü müqavimətlə rastlaşıb, qırılması diqqət mərkəzində, lirə isə bahalaşmağa başlayıb.


 

Reklam_3_11

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi aprel ayının minimum və maksimum səviyyələri aralığında dalğalanmaqdadır. Gələcək istiqaməti proqnozlaşdırmaq üçün isə yuxarı və ya aşağı sərhədlərin qırılmasını gözləmək lazımdır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, dünya birjalarında dolların qiymətində də ucuzlaşma yenidən güclənə bilər. 

 

Beləliklə, hal-hazırda 1.23$-a ticarət edilən avro/dollar məzənnəsi üçün 1.24$-ın yuxarı istiqamətdə qırılması, növbəti artım dalğası fonunda güclü siqnal rolunu oynayacaqdır. Bundan sonra qiymət 1.26$-a kimi bahalaşa bilər. Bu baş vermədikdə, yəni qiymət 1.24$-ın altında qaldıqca, ucuzlaşma 1.22$-a kimi də davam edə bilər. 

 

Qeyd etmək lazımdır ki, avronun qiyməti aprel ayının 6-da bahalaşmağa başlamışdır. Lakin 1.22$-dan 1.24$-a kimi bahalaşan qiymət, 1.24$ səviyyəsində müqavimətlər rastlaşaraq, 1.23$-a kimi geriləyib. 

 

Türkiyə maliyyə bazarlarında Dollar/Lirə valyuta cütlüyünün qiyməti 4.11TL-ə ticarət edilir və qiymət 4.09TL-ə kimi ucuzlaşarsa, eniş dalğası 4.05 və 4.01TL-ə kimi də sürətlənə bilər.

 

Enerji bazarlarında isə Avropanın Brent neftinin qiyməti 72$ ətrafında dalğalanmaqdadır.  Bir barel üzrə qiymətin əlavə olaraq, 75$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.

 

İŞ SAATINDAN SONRA ƏLAVƏ GƏLİR QAZANA BİLƏRƏM? - ƏTRAFLI


Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

13.04.2018 07:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ