Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

630 milyon dollar cərimələndi

iç səhifə xəbər başlığı altı (mobil)_31
630 milyon dollar cərimələndi

Almaniyanın ən iri bankı Deutsche Bankın (Döyçe Bank) müştərilərinin ABŞ və İngiltərədə "çirkli pul" yumalarına səbəb olduğu üçün bu iki ölkəyə təxminən 630 milyon dollar cərimə ödəməsinə qərar verilib.


 
Döyçe Bank haqqında ABŞ və Böyük Britaniyada çirkli pul yuma ittıhamı ilə bir neçə ildir davam edən hüquqi proses, bankın ABŞ və İngiltərə rəsmilərilə razılaşması ilə nəticələnib.

Reklam_3_11


 
Bankın ABŞ-ın Nyu-York ştatının Maliyyə Xidmətlər Vahidinə 425 milyon dollar, Britaniyanın Maliyyə Davranış İdarəsinə isə 204,46 milyon dollar ödəməsinə qərar verilib.


 
Amerikan və İngilis maliyyə orqanlarının apardığı istintaqa, Döyçe Bankın Rusiyadakı müştərilərinin Moskvada rubl ilə aldıqları səhmləri, əsasən həmin gün ərzində eyni müştərilərlə əlaqəli şirkətlər tərəfindən London və Nyu-Yorkda Deutsche Bank üzərindən dollarla almaqla təxminən 10 milyard dollar çirkli pul yuduqları müəyyən edilmişdi.
 


 İngiltərənin bazar dəyəri baxımından ən böyük bankı olan HSBC də daha əvvəl "çirkli pul yuma" ittihamları ilə bağlı olaraq ABŞ-a 1,9 milyard dollar razılaşma bədəli ödəmək məcburiyyətində qalmışdı.

31.01.2017 10:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ