Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Parklanma ilə bağlı qərarlar qəbul ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Parklanma ilə bağlı qərarlar qəbul ediləcək

Ehtiyac yaranarsa, yeni parklanma yerləri tikiləcək

 

"Bakıda avtomobillərin parklanma prosesi tam avtomatlaşdırılacaq".

 

Bunu müsahibəsində Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli deyib. Onun sözlərinə görə, hazırda BNA-nın əməkdaşları xarici mütəxəssislərlə birlikdə parklanma ilə bağlı vəziyyəti öyrənmək üçün araşdırmalara başlayıb. V.Kərimli bildirib ki, araşdırmalardan sonra parklanma ilə bağlı müvafiq qərarlar qəbul ediləcək.

 

"Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına dair toplantısında cənab prezidentin vurğuladığı kimi ümumilikdə şəhər nəqliyyatının təşkili koordinasiyalı olmalıdır. Burada bütün digər qurumlar da bir-birinə dəstək olmalıdır. Çünki, nəticə etibarı ilə bizim vətəndaşlarımız, Bakı sakinləri - müəllimi də, tələbəsi də, naziri də yollardan istifadə edir. Bizim araşdırmalar nəticəsində məlum olub ki, yollarda ən çox nəzərə çarpan problem qeyri-qanuni parklanma, parklama yerlərinin aidiyyatı qurumlarla razılaşdırmadan təsdiq olunması və müəyyənləşdirilməsi ilə bağlıdır. Əsas məsələ odur ki, parklanmanın təhvil-təslim prosesi davam etməlidir. Bu prosesdən sonra bizim niyyətimiz odur ki, parklanma tam avtomatlaşdırılmış olsun. Necə ki, biz avtobuslarda nağdlaşmanı aradan qaldırıb, kart vasitəsilə nağdsız ödəniş istiqamətində gediriksə, parklanma ilə bağlı da bunu etmək istəyirik. Artıq yeraltı və ya digər parklanmaların işlək vəziyyətə gətirilməsi istiqamətində hərəkət edəcəyik ki, küçələrdə qeyri-qanuni parklanmanın və ya ümumiyyətlə parklanmanın yaratdığı problemlər ortadan qalxsın. Eyni zamanda, parklanma bir mədəniyyətdir. Biz sakinlərimizdən də böyük bir anlayış gözləyirik. İstərdik ki, vətəndaşlarımız avtomobillərini restoranın, iaşə obyektinin, əyləncə mərkəzinin birbaşa qarşısında və yaxud yanında saxlamaqla deyil, avtomobillərini parklanma yerlərində park edərək lazımı ünvana yürüyərək getsinlər. Araşdırmalarımızdan sonra ehtiyac yaranarsa, yeni parklanma yerləri tikiləcək, ehtiyac olmadığı halda mövcud olanlardan istifadəni təşviq etməliyik", - deyə V. Kərimli vurğulayıb.

 

© APA

13.04.2018 08:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ