Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Səfər sığortasının icbari qaydada tətbiqi müzakirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səfər sığortasının icbari qaydada tətbiqi müzakirə edilib

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan Turizm Assosiasiyasının (ASTA) görüşü təşkil olunub. Görüşdə hər iki assosiasiyanın rəhbər şəxsləri iştirak edib.

 

Reklam_3_11

Assosiasiyadan "Marja"ya daxil olmuş məlumata görə, görüşdə ASA və ASTA-nın səfər sığortasının inkişaf perspektivləri və bu sahədə problemli məqamların müəyyən olunması, həmçinin, qarşılıqlı münasibətlərin əməkdaşlıq çərçivəsində inkişaf etdirilməsi ilə əlaqədar müzakirələr aparılıb.

 

Bununla yanaşı, ölkəyə gələn və ölkədən gedən turistlər üçün sığorta mexanizmlərinin müəyyənləşdirilməsi, səfər sığortasının icbari qaydada tətbiqi, bu istiqamətdə işlər üzrə ASAN Viza, həmçinin, turizm şirkətləri və tur operatorlarla əməkdaşlıq etmək məsələləri geniş müzakirə olunub.

 

ASTA-nın rəhbərliyi tərəfindən turizm şirkətlərinin istehlakçılar qarşısında məsuliyyət sığortasının müəyyən edilməsi barədə təklif səsləndirilib və bununla bağlı fikir mübadiləsi aparılıb.

 

Görüşün yekununda həm ölkə hüdudlarından kənara gedən, həm də ölkə daxilində istirahət məqsədilə səfər edən vətəndaşlara səfər sığortasının əldə edilməsinin tövsiyə olunmasına dair qərar qəbul olundu.

13.04.2018 12:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ